Litva tarixi — Litvanın tarixi.
“Tarixdə bir hadisə o birisinin ardınca gəlir, bir yerdə onlar bütöv bir zəncir təşkil edirlər. Keçmişin səhvləri gələcək nəsillərə təsir edir. Əgər dövlət müstəqilliyini itirirsə, sonralar o ya bərpa olunur, ya da birdəfəlik dünya xəritəsindən silinir, xalq isə məhv olur.” Bunu Litvanın İntibah dövrünün tətqiqatçılarından biri, fəlsəfə doktoru, professor Bronoslav Qenzelis belə təsdiq edir.
Litva Mindauqasın dövründə Mindauqasın Litvası qılınc, qan və kül ilə yaradılırdı. Litvanın Mindauqasın hakimiyyəti altında yaranması, dövlətin yaranması demək idi. Bir millətin ərazisində, başda monarx olmaqla, mülkədarlar sinfinin hakimiyyəti yarandı. Bu təsərrüfat, siyasi kommunikasiya və Qərb feodallarının Şərq ölkələrinə törətdiyi təzyiqin qarşısında, ölkəni xarici təhlükədən qorumaq üçün əlverişli şərait yaratdı. XI-ci əsrin sonundan bu ölkələri kəndli üsyanları bürüdü, şəhərlər daha güclü surətdə özlərini bürüzə verməyə başladılar. Bu müəyyən mənada feodal istismarın qarşısını alırdı, dünyəvi və kilsə feodallarını isə başqa ölkələrdə varlanmaq mənbəsi axtarışına sövq edirdi. Bu məqsədə nail olmaqa, səlib yürüşləri ideoloqiyası kömək edirdi ki, bütün yerin və göyün varını, tanrının onu sevən insanlara bəxşişi elan edirdi. Bu ideologiyaya əsasən bütün bütpərəst və müsəlmanlar tanrının və kilsənin düşmənidir və yerin nemətlərinə layiq deyillər. Səlib yürüşlərində müxtəlif təbəqələrin və sosial vəziyətlərin insanları iştirak edirdilər ki, bunlar tanrı qarşısında öz borclarını yerinə yetirmiş olduqlarına inanırdılar. Fələstinə olan uğursuz yürüşlərdən sonra Qərbi Avropa feodalları, papa və müqəddəs Romanın təsiri ilə, Avropanın bütpərəst xalqlarına tərəf çevrildilər. XII-ci əsrin sonunda Baltikaya silahlılarla birgə alman tacirləri və missionerləri gəlməyə başladı. Torpağa müqəddəs su çiləyirdilər, insanları isə xristian edib, onda bir(üşr) verqisi qoyurdular. 1201-ci ildə papanın göndərdiyi yepiskop Albert, Dauqavanın suqovşağında qala tikdirir və Xristos Döyüşçüləri Qardaşları ordeni yaradır. Ağ plaşlarının üstündə qırmızı qılınc təsvirinə görə bunları Qılınclılar Ordeni adlandırmağa başladılar. 12 il ərzində Qılınclılar Ordeni adlandırdıqları, livlərin yaşadığı torpaqları işğal etdilər. Bura estonların və latışların da torpaqları əlavə olundu. 1226-cı ildə Vislanın yaxınlığında, Polşa və Litvada Xaçlılar adlandırılan, Müqəddəs Məryəm Tefton Ordeninin yerləşməsinə icazə verildi. Bunlar, hərbi təcrübələri az olmayan, fanatik rahiblər(dərvişlər) ordeni idi. Xaçlılar və qılıncdaşıyanlar Dauqava və Visladan hərəkət edərək prussları, litvalıları və kurşları san ki, dəmir məngənəyə alırdılar.
Ordenlə mübarizə Zəbt olunmuş torpaqlarda cəngavərlər qalalar tikir və zəbtlərini qonşu əyalətlərdə davam etdirirdilər. Öz növbəsində papa və orden maqistrları kəndliləri və sənətkarları yeni ərazilərə köçməyə sövq edirdilər. Gələnlər torpaqla təmin olunurdu, lakin vergi ödəməli və qismən hərbi mükəlləfiyyətli idilər. Cəngavərlər yürüşlərini davam etdirirdilər. Jemaytlar və litvalılar müqavimətə hazırlaşırdılar. 1236-cı ilin sentyabrın 22-ində, Şyaulyay(Saule) yaxınlığında, tərəfində 3 min döyüşçü olan Orden ilk dəfə məğlub oldu. Qoşunun ancaq ondan bir hissəsi qaldı, imperatorun özü belə öldürüldü. Bu uğursuzluqdan sonra qılınclılar və xaçlılar ordenləri birləşdi. Bu Litva üçün daha böyük təhlükə idi. Lakin prusslar və litvalılar öz torpaqlarını qorumaqda təkid edirdilər. Əksəriyyət monarx Mindauqasın tərəfində idilər. Lakin onu siysətini bəyənməyənlər və ondan narazı olanlar da var idi. Məsələn, Litvadan qovulub, xristianlığı qəbul edən və, Polotskda qərarlaşan Tatvilas torpaqlarını qaytarmaq üçün Livoniyadan yardım gözləyirdi. Onu Jemaytiyanın ən nüfüzlu knyazlarından olan Vikantas dəstəkləyirdi. Orden üçün belə durum sərfəli idi. Və Litva knyazlarının yardımı ilə Livonia ordeni Litvaya hücum edib Mindauqası Voruta qalasında mühasirəyə aldı. Ordenin maqistrı Mindauqasa xristianlığı qəbul etmək şərti qoydu. Koalisiyaya qarşı hərbi dəstək müqabilində Mindauqas xristianlığı qəbul edəndən sonra, ordenə Jemaytiyanın yarısını boyun oldu. Tam hakimiyyətin onun əlində olması üçün o bir siyasi addım da atdı. Roma papasından onun və onun dövlətinin müqəddəs Pyotrun mülkiyətində olmaq hüququ təmin edən məktub verildi. Bu isə o demək idi ki, Litva papanın mülkiyətində və ondan asılı qalır. 1253-c cü ildə, xristianlığı qəbul edəndən iki il sonra, Mindauqas Litvanın kralı elan edildi. Litva xristian ölkəsi kimi qəbul olunurdu, ancaq bunun üçün yepiskopluq yaradılmalı idi. Bununla bağlı isə problemlər yarandı, çünki jemaytlar yepiskopu onların torpağının yeni ağası kimi qəbul etmək istəmirdilər. Papa Mindauqası yepiskopluğu bütpərəstlərdən qorumağa sövq edirdi. Bu arada Litvada başqa yepiskopda peyda oldu, bu bütpərəstlərin ərazilərinin mübahisəsi ilə əlaqədar idi. Bu polyak dominikançısı Vitt idi. Ancaq heç bir yepiskopa Litvada təsdiq olunmaq müyəssər olmadı. 1256-cı ildə papa IV Aleksandr səlib yürüşü elan etdi. Bütpərəstlərlə müqəddəs savaşa gedən bütün iştirakçılara papa bol ənamlar, günahkar və cinayətkarlara günahlarını bağışlanmasını vəd etdi. Jemaytiyaya hücum edən qoşun onu 9 gün ərzində dağıtdı... Bir yürüş o birisi ilə əvəzlənirdi. Jemaytlar papadan sülh istəməyə məcbur oldular. Sülh qəbul olundu. Lakin iki il keçməmiş papa yeni səlib yürüşü elan etdi. Bu il monqol-tatarlar artıq Litvaya aid rus torpaqlarına və Polşaya yürüş etmişdilər. Baltikada bütpərəst xalqlardan, tabe olunmamış, yalnız litvalılar qalmışdır. Bunlar barədə, tatarlar haqqında olduğu kimi qorxulu şeylər danışırdılar.
Və yenə də böyük qüvvələr cəlb olundu, bu dəfə ordenin döyüşçülərindən başqa yürüşdə şahzadə Karlın başçılıqı ilə isveçli və danimarkalılar iştirak edirdi. Qüvvələri Klaypedada birləşdirmək qərara alındı. Lakin bu dəfə də, bütpərəst tanrılar özününkülərinə tərəf oldu. 1261-ci il Durbe yaxınlığında baş verən döyüş səlibçilərin görünməmiş və sarsıdıcı məğlubiyəti ilə qurtardı. Jemaytlar xaçlıların zərbəsinin istiqamətini dəyişdilər və onları bataqlıqda məğlub etməyə nail oldular. Döyüşdə şahzadə Karl da, Livoniya ordenini maqistri Burqxard da, alman ordeninin marşalı Henrix də öldürüldülər. Duysbur ordeninin salnaməçisi, Durbe döyüşündə dörd bütpərəstin yüz xaçlını öldürdüyünü yazmaqdan belə çəkinmədi. Tarisdə Durbe döyüşü hərbi möcüzə kimi qiymətləndirilir. Ehtimal olunur ki, jemaytları qələbəyə knyaz Treniota aparırdı.
Bu qələbədən sonra prusslardan estonlara qədər bütün baltikyanılılar mübarizə yolunu seçdilər. Lakin...Cəngavərlərin Durbedəki qəzasından sonra Mindauqas xristianlıqdan imtina etdi.1263-cü ildə Mindauqasın keçmiş müttəfiqi Treniota və Nalşanın knyazı Daumantis Mindauqası öldürdülər. Onunla birlikdə onun iki oğlu da öldürüldü. Volın salnaməsində Mindauqasın yalandan xristianlığı qəbul etdiyinə, gizlində yenə də öz tanrılarına ibadət etdiyinə, onlara qurban gətirdiyinə və kraliça Morta öləndən sonra onun bacısı və Daumantasın arvadını qaçırdığına görə onun tərəfindən öldürüldüyü bildirilir. Onun öldürülməsindən sonra onun pravoslav qaydalarla xristianlığı qəbul edən oğlu və Qara Rusiyanı idarə edən Vayşelqaya, rus salnamələrində ehtiram bildirilir. Atasının öldürülməsindən sonra Vayşelqa rus boyarlarının və knyazlarının köməyi ilə Litvaya qayıdıb taxtı özünə qaytarır və atasının qatillərinin qisasın alır. Düşmənləri ilə bacarandan sonra o monastra qayıdır lakin buna baxmayaraq burada öldürülür.
Belə vəziyyətdə Litvada bütpərəst Tryaydanis irəli çıxır (1270-1282)Hazırladı Zina Rimqaylene. Tərcümə etdi L. Səlimova. Azəri. Lt Inf.
XIV əsr
Böyük Litva knyazı və onu yeddi oğlu Yeddi oğul motivi tez-tez Litva xalq nağıllarında səslənir. Sual olunur bu motiv, Qediminasın oğullarının hakimiyyəti bölə bilməməsi dövrünün hadisələrinin təsirindən mi, qaynaqlanır? Qediminas 1341-ci ildə xaçlılarla, Veliuona yaxınlığındaki baş verən döyüşdə öldürülür. Taxta adətlərə görə böyük oğlun vərəsəlik haqqına zidd olaraq, atası ilə Vilnyusda yaşayan kiçik oğlu Yaunutis yiyələnir.(Qediminas oğlanlarını, daimi qarnizonlara ehtiyacı olan əhəmiyyətli qalalara komandan kimi göndərir). Oğullar arasında çəkişmələr başlayır. Bundan xaçlılar istifadə edir. Jemaytiyanı zəbt etməyə çalışaraq, Kaunasdan Qardina qədər Nyamunasın son sahilini tuturlar. Litva Baltik dənizinə çıxışını itirir. Təhlükı çox böyük idi, belə ki Orden Polşa kralı Böyük Kazimirlə bağlıdıqı sazişə görə, dəniz sahilinə çıxış əldə edirdi. Yaranməş vəziyyətdə Qediminasın ölümündən üç il sonra onun böyük oğulları Yaunutisi taxtdan salırlar, amma öldürmürlər, hakimiyyəti aralarında bölürlər. Yaunutisi isə Zaslavla göndərirlər. Alqirdas özünü böyük knyazı elan etdi, Kastutis isə Trakaya knyazı adlandırıldı, çünki Trakay Litvanın qədim paytaxtı olmuşdur. Onların knyazlıqları siyasi və təsərrüfat baxımından eyni əhəmiyyətli deyildi. Kastutis Trakay və Qardinin, ayrıca vahid olaraq Jemaytiyanın sahibi idi, Alqirdas isə Böyük Litva knyazlıqının paytaxtı Vilnüsun, Vilnüs knyazlıqının və Rus knyazlıqının sahibi idi. O vaxt Orden Macar və Çex kralları ilə birgə bir neçə dəfə Litvaya hücum etmişdi, lakin uğursuz. Çox guman ki, orden maqistrları Böyük Litva knyazlıqını bir həmlə ilə tutulmasının mümkünsüz olduğunu anlayıb taktikalarını dəyişdilər, və kiçik amma tez-tez təşkil olunan hücumlarla diyarı əldən salmaq yolunu seçdilər. Guman olunur ki, Ordenin Böyük Maqistrı, Böyük Litva knyazları olan qardaşların arasındaki ədavətə ümid bağlayırdı. Kastutis əsir götürülür və Mariyenburq qalasında dustaq edilir. Ancaq qaçmağa müvəffəq olur və ara vermədən xaçlılarla mübarizə aparır. Şiddətli döyüşlər Kaunas qalası ətrafında gedirdi, belə ki, o çox vacib strateji məntəqədə, Nyamunas və Neris çaylarının qovuşduğu yerdə yerləşirdi. Ordenlə müharibə yüz əlli il davam etdi. Bu dövr tarixdə litvalıların ölüm-dirim mübarizəsi kimi səciyyələndirilir. O dövrdə Roma papası, və Almaniya imperatoru Böyük Litva knyazlıqı ilə danışıqlar aparmağa cəhd etdilər. 1358-ci ildə Vilnüsə imperator IV Karlın nümayəndələri gəldi. Qerman Vartberqin salnamələrində deyilir ki litvalılar, Böyük Litva knyazlıqının sərhədlərinin tanınmasını, Ordenin cəngavərlərinə isə knyazlıqın ucqar hüdudlarında yerləşib monqol xanlarından xristianları müdafiə etmək təklif olundu. Bundan başqa Alqirdas rus torpaqlarına olan bütün iddiaları da rədd etdi. Belə tələblər Orden üçün qəbuledilməz idi. Danışıqlar uğursuz oldu.