Antonina Mixaylovna Filippova (; ) — rus əsilli Azərbaycan aktrisası, Azərbaycan SSR xalq artisti (1943).

Həyatı Antonina Filippova 19 fevral 1897-ci ildə Oryol şəhərində anadan olmuşdur. Tula, Novosibrsk və başqa şəhərlərdə, 1935–1950-ci illərdə Azərbaycan Rus Dram Teatrında çıxış etmişdir. 1950-ci ildən Volqoqrad Teatrının truppasında olmuşdur.

Rolları: Avqustina Yakovlevna ("Konsert", A.Fayko), Sonya ("Dvoryanlar", N.Poqodin), dayə ("Romeo və Cülyetta", U.Şekspir), Murzavetskaya, Qalçixa ("Qurdlar və qoyunlar", "Günahsız müqəssirlər", A.Ostrovski), Gülzar ("Şərqin səhəri", Ə.Məmmədxanlı), Qraçova ("Xəzər üzərində şəfəq", İ.Qasımov) və s.

Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 23 aprel 1940 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 17 iyun 1943

İstinadlar

Mənbə

Kateqoriya:Oryolda doğulanlar Kateqoriya:Volqoqradda vəfat edənlər