Dalin Mark (tam adı: Dalin Mark Aleksandroviç; ) — texnika elmləri doktoru (1953), professor (1959), Azərbaycan EA-nın həqiqi üzvü (1959), Əməkdar elm xadimi (1964), SSRİ Dövlət mükafatı (2 dəfə) laureatı.
Həyatı Dalin Mark 25 mart 1906-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1930-cu ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Texnoloji fakültəsini bitirmişdir.
Fəaliyyəti
Əmək fəaliyyəti Dalin Mark 1930-cu ildə Azərbaycan Dövlət Sənaye İnstitutunu bitirdikdən sonra Elmi Tədqiqat Neft Emalı İnstitutunda işləmişdir. 1934–1960-cı illərdə SSRİ KSXK-nin nəzdində olan Azərbaycan "Sintetik kauçuk" zavodunda baş mühəndis, direktor müavini, direktor vəzifələrini icra etmişdir. 1935-ci ildən "Sintetik kauçuk" təcrübə zavodunda dünya təcrübəsində ilk dəfə olaraq qazayırıcı qurğuda soyutma yolu ilə piroliz qazlarında qatılaşdırılmış etilenin alınma prosesini həyata keçirmişdir. İkinci Dünya müharibəsi illərində müdafiə əhəmiyyətli məhsulların alınması işində çalışmışdır.
Dalin Mark 1960–1964-cü illərdə Azərbaycan SSR EA-nın Kimya elmləri bölməsinin akademik-katibi, habelə Azərbaycan Dövlət Elmi-Tədqiqat Olefinlər İnstitutunda elmi işlər üzrə direktor müavini olmuşdur. O, 1964–1987-ci illərdə aşağımolekullu olefinlərin alınması və emalı üzrə Ümumittifaq Elmi-tədqiqat Texnologiya (UİET Olefin) İnstitutunun və Təcrübə zavodunun direktoru, 1987–1996-cı illərdə UİET Olefin İnstitutunda məsləhətçi-baş elmi işçi işləmişdir.
Elmi fəaliyyəti Dalin Mark 1938-ci ildə texnika üzrə fəlsəfə doktoru, 1953-cü ildə texnika üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. O, 1959-cu ildə professor elmi adını qazanmış və elə həmin ildə Azərbaycan EA-nın həqiqi üzvü seçilmişdir.
Dalin Mark 500-dən çox elmi əsərin, o cümlədən 140 müəlliflik şəhadətnaməsinin və 5 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi ilə 8 elmlər doktoru və 50 fəlsəfə doktoru hazırlanmışdır.
Ölümü Akademik Mark Dalin 1996-cı ildə Moskvada vəfat etmişdir.
Mükafatları "Azərbaycanın Əməkdar elm xadimi" fəxri adı (1964); SSRİ Dövlət mükafatı laureatı (2 dəfə); "Şöhrət" ordeni (20.04.1996)M. A. Dailinin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 20 aprel 1996-cı il tarixli Fərmanı — anl.az saytı "Lenin" ordeni; "Qırmızı əmək bayrağı" ordeni; "Şərəf nişanı"(2 dəfə) ordeni; "Qafqazın müdafiəsi uğrunda" medalı; "Şərəfli əməyə görə" (3 dəfə) medalı; "Əmək veteranı" medalı; "Böyük Vətən müharibəsindəki qələbənin 40 illiyi" medalı;
İstinadlar
Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan uzunömürlüləri Kateqoriya:Azərbaycan akademikləri Kateqoriya:AMEA-nın həqiqi üzvləri Kateqoriya:"Şöhrət" ordeni ilə təltif edilənlər Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Birinci Fəxri xiyabanda dəfn olunanlar Kateqoriya:Texnika elmləri doktorları Kateqoriya:Azərbaycan SSR Elmlər Akademiyasının akademikləri