Metro 2033 — Rus yazıçısı Dmitri Qluxovskinin Metro 2033 adlı romanından götürülmüş birinci şəxs atıcı tipində həyatda qalma-qorxu videooyunu. Oyun 4A Games tərəfindan Ukraynada təkmilləşdirilib 2010-cu il mart ayında Microsoft Windows və Xbox 360 platformaları üçün satışa çıxarılıb. 2006-cı il mart ayında 4A Games oyun üçün Qlukovski ilə tərəfdaşlıq edildiyi bəyan edildi. Oyun 2009-cu ildə Leipzigdə reallaşan Games Convention adlı videooyun təşkilatında rəsmi tanıtım filmi ilə birlikdə təqdim edildi. Oyunun ardıcılı olaraq Metro: Last Light 17 may 2013-cü ildə satışa çıxarıldı.. "OyunTərcümə" qrupunun təşəbbüsü ilə oyun Azərbaycan dilində tam tərcümə edilib

Süjet Oyunun əsas qəhrəmanı Artyom adlı obrazdır. Hadisələri çoxsu qiyamət sonrası Moskvadakı metro sistemində cərəyan edir. Lakin bəzi tapşırıqlar obrazı yer üzünə də çıxarır.

Birinci şəxs atıcı oyunu olaraq Metro 2033-də oyunçuya döyüşlərdə istifadə etmək üçün kimi həm xəyali həm də həqiqi silah növləri təqdim edilir . Döyüşlərdə ya mutantlara ya da düşmən insanlara qarşı döyüşmək lazımdır. Mutantlar silahsız və insanlara daha çox toplu halında fiziki hücum edir, düşmən insanlar isə oyunçunun sahib olduğu silahlarla hücum edə bilər.

Hadisələr Oyun qiyamət sonrası Rusiyada baş verən və həyatda qalmağı bacaran 20 yaşındakı Artyom (rus:Артём) adlı obrazın yaşadığı hadisələr üzrə reallaşır. Oyun başlanğıcında Artyom, Hunter adında bir əsgərdən metronun Qaranlıq Olanlar olaraq xitab edilən canlı tərəfindən təhdit edildiyini öyrənir. Hunter tək başına tunellərə çıxır və çıxmadan əvvəl Artyoma əgər geri qayıtmasam metronun mərkəzi sayılan Polis adlı stansiya gedib olanları araşdırmağı tapşırır. Hunter qayıtmaz və Artyom metro tunellərində təhlükəli və qaranlıq yola başlayır. Yol boyunca zaman-zaman müxtəlif anomaliyalar səbəbi ilə xəyallar görəcək. Artyom, Sovetlər ve Nasistlər tərəfindan işğala uğramış və mutantlar tərəfindən dağıdılmış bir bölgədən keçmək məcburiyyətindədir. Polisdə olanda ona kömək edə biləcəyini söyləyən Miller adında bir Ranger (hərbi birləşmə) ilə tanış olur. Miller, Qara Dərililəri yox etməyə çatacaq atəş gücünə sahib D6 adlı yer altı mərmi anbarının yerini bilir. Artyom, Miller və digər Rangerlər mərmi pult mərkəzini yenidən fəaliyyətə verərlər və Artyom yaxındakı bir binaya rəhbər lazer sistemi quraşdırar. Lazer sistemi qurulduqdan sonra Artyom, Qara Dərililərin ucbatından bir halisünasiya görür.

Hazırlanması 4A Engine, S. T. A. L. K. E. R. seriyasıda istifadə edilən X-Ray mühərrikinin müəllifləri və GSC Game World keçmiş işçiləri Oles Şiskovtsov və Aleksandr Maksimçuk adlı proqramçılar tərəfindən S.T.A.L.K.E.R.: Shadow of Chernobyl bazara çıxarılmazdan 1 il əvvəl quruldu. Oyun; Xbox 360, PlayStation 3 və Microsoft Windowsda çalışan multi-platformalı 4A Engine mühərrikinin istifadə edir. 4A Engine mühərrikində; Nvidia PhysX dəstəyi, əlavə edilmiş beyin və Xbox 360 üçün yazılma təkmilləşdirməsi funksiyası var.

İstinadlar

Xarici keçidlər OyunTərcümə qrupunun rəsmi səhifəsi

Kateqoriya:2010-cu ilin videooyunları Kateqoriya:Linux videooyunları Kateqoriya:Birinci-şəxs atıcılar Kateqoriya:Birinci-şəxs atıcılar Kateqoriya:Romanlara əsaslanan videooyunlar Kateqoriya:Antiutopik videooyunlar Kateqoriya:Alternativ sonluqlu videooyunlar Kateqoriya:Xbox 360 videooyunları Kateqoriya:Xbox One videooyunları Kateqoriya:Ləğv edilmiş PlayStation 3 videooyunları Kateqoriya:PlayStation 4 videooyunları Kateqoriya:MacOS videooyunları Kateqoriya:PlayStation 4 videooyunları Kateqoriya:Stadia videooyunları Kateqoriya:MacOS videooyunları Kateqoriya:Birnəfərli videooyunlar Kateqoriya:Nintendo Switch videooyunları Kateqoriya:Windows videooyunları Kateqoriya:Səssiz protaqonisti olan videooyunlar Kateqoriya:Hadisələrin gələcəkdə cərəyan etdiyi videooyunlar