I Georgi (; ) — Yunanıstan kralı.

Həyatı I Georq 1845-ci il dekabrın 24-də Danimarkanın paytaxtı Kopenhagendə dünyaya gəlib. Tam titulu və adı Şlezviq-Holşteyn-Zonderburq-Qlüksburq şahzadəsi Kristian-Vilhelm-Ferdinand-Adolf-Georqdur. Danimarka kralı IX Kristianın ikinci oğludur. 30 mart 1863-cü ildə 17 yaşında Yunanıstan kralı seçilib.

I Georq başda olmaqla kral ailəsi Böyük Britaniya və Rusiya ilə geniş əlaqələrə malik idi. Belə ki, I Georqun doğma bacısı Aleksandra Böyük Britaniya kralı VII Eduardın həyat yoldaşı və gələcək kral V Georqun anası idi. Digər bacısı Mariya isə Rusiya çarı III Aleksandrın həyat yoldaşı, gələcək çar II Nikolayın isə anası idi. I Georqun özü isə II Aleksandrın yaxın qohumu Olqa Konstantinovna ilə evlənmişdi.

1912–1913-cü illər Birinci Balkan Müharibəsində türklərin Balkan yarımadasındakı torpaqları hesabına Yunanıstanın ərazisi iki dəfə genişləndi. Osmanlı imperiyasına qarşı hərbi əməliyyatları genişləndirən I Georq 1913-cü il martın 5-də Salonikidə anarxist Aleksandros Sxinas tərəfindən qətlə yetirildi.

İstinadlar

Kateqoriya:Yunanıstan kralları Kateqoriya:Öldürülmüş hökmdarlar Kateqoriya:Salonikidə vəfat edənlər Kateqoriya:XIX əsr siyasətçiləri Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:XX əsr monarxları