Akif Əmənov () — SSRİ dönəmində tanınmış neftçi, buruq ustası, Sosialist Əməyi Qəhrəmanı, Hindistanın fəxri vətəndaşı, 4 çağırış (20 il) Azərbaycan SSR Ali Sovetinin, SSRİ xalq deputatı.
Həyatı SSRİ dönəmində tanınmış neftçi, buruq ustası, Sosialist Əməyi Qəhrəmanı, Hindistanın fəxri vətəndaşı Akif Əmənov 4 çağırış Azərbaycan SSR Ali Sovetinin, eləcə də SSRİ xalq deputatı olub.
O, 1991-ci ildə SSRİ xalq deputatı statusunda o vaxtkı hakimiyyət tərəfindən təzyiqlərlə üzləşərək Naxçıvanda yaşayan Heydər Əliyevin görüşünə gedib. Mərhum prezident ona bildirib ki, A. Əmənovu ikinci dəfə Sosialist Əməyi Qəhrəmanı adına təqdim etmək istəyibmiş.
2002-ci ildən A. Əmənov prezident təqaüdçüsü olub. Prezident İlham Əliyevin sərəncamı ilə ona Bakı şəhərində üç otaqlı mənzil bağışlanıb.
2010-cu ildə Milli Məclisə seçkilərdə iştirak etmək üçün Sosialist Əməyi Qəhrəmanı Akif Əmənov namizədliyini irəli sürmüşdür. Adlı–sanlı buruq ustası A. Əmənov 46 saylı Şirvan seçki dairəsi üzrə sənədlərini DSK-ya təqdim edərək imza vərəqələri götürüb. A. Əmənov kampaniyaya bitərəf kimi qoşulmuşdur.
Akif Əmənov 25 iyun 2021-ci ildə vəfat etmişdir.
İstinadlar
Kateqoriya:Sosialist əməyi qəhrəmanları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Cəlilabadda doğulanlar Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Sov.İKP-nin XXVII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXVI qurultayının nümayəndələri Kateqoriya:Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvləri Kateqoriya:Sov.İKP-nin XIX konfransının nümayəndələri