Aerofagiya — həddən ziyadə havanın udulmasını təsvir edən fenomendir. Normada yemə və ya içmə zamanı az miqdarda hava mədəyə daxil olur. Amma bu insanda heç bir narahatlıq yaratmır. Bəzi hallarda isə mədəyə yemək zamanı və ya yeməkdən sonra həddən ziyadə hava daxil olur və narahatlıq yaradır. Aerofagiya köp, gəyirmə, qarında ağrı kimi hallar törədə bilir.
Səbəbləri Tələsik yemə Karbonlaşmış içkilər Saqqız çeynəmə Diş protezlərinin boşalması Psixi xəstəliklər
Həkimə nə zaman müraciət etməli? Köp və ya gəyirmə şikayətləri ilə həkimə müraciət edən zaman səbəbin aerofagiya olması təyin edilə bilər. Bəzi insanlarda aerofagiyanın müalicəsində psixoterapiya əhəmiyyətli rol oynayır. Yemək zamanı aerofagiyadan qaçmaq üçün tələsmədən və az-az yemə tövsiyə olunur.
Həmçinin bax Aerogel Aerologiya Aerozol Alvarez sindromu
İstinadlar
Kateqoriya:Qastroenterologiya Kateqoriya:Simptomlar və əlamətlər: Həzm sistemi və qarın Kateqoriya:Mədə-bağırsaq traktının pozuntuları