Krım Muxtar Respublikası (; ; ) — Ukrayna tərkibində, eyniadlı yarımadada yerləşən muxtar respublikadır. 2014-cü ildən etibarən referendum əsasında Rusiya Federasiyasının tərkibinə daxil olmuşdur, lakin dünya ölkələri və BMT Krımı Ukrayna ərazisi kimi tanıyır. İnzibati mərkəzi Simferopol şəhəridir.
Əhalisi 1 fevral 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən əhalisi 1.965.538 nəfərdir. Onlardan 1.233.451 nəfəri şəhərlərdə, 732.087 nəfəri isə kəndlərdə yaşayır.
Milli tərkibi +Krım əhalisinin etnik tərkibi Etnik qrup Sayı, 2001-ci il sa.Population statistics of Eastern Europe: Ethnic composition of Ukraine 2001 Nisbəti cəmi2 024 056100.00 %rus1 180 44158.32 %ukraynalı492 22724.32 %krım tatarı243 43312.03 %belorus29 2851.45 %tatar11 0900.55 %erməni8 7690.43 %yəhudi4 5150.22 %polyak3 8790.19 %moldovan3 7610.19 %azərbaycanlı3 7480.19 %özbək2 9470.15 %koreyalı2 8770.14 %urum2 7950.14 %alman2 5360.13 %mordva2 2080.11 %çuvaş2 1710.11 %qaraçı1 8960.09 %bolqar1 8770.09 %gürcü1 7740.09 %mari1 0890.05 %türk9690.05 %udmurt8660.04 %izor7880.04 %tacik7500.04 %çex7490.04 %başqurd7280.04 %qaraim6710.03 %eston6120.03 %qazax5440.03 %osetin5310.03 %litvalı5130.03 %digər5 9470.29 %təsniflənməmiş7 0700.35 %Sayı 500 nəfərdən yuxarı olan etnik qruplar göstərilib.
İnzibati quruluşu Krım Muxtar Respublikası 14 rayondan və 10 respublika tabeli şəhərdən ibarətdir. Yarımadada yerləşən Sevastopol şəhəri Krım Muxtar Respublikasına daxil deyil. Krım Muxtar Respublikasının iri şəhərləri Simferopol, Kerç, Evpatoriya, Feodosiya, Yalta, Canköy və Bağçasaraydır.
Bayramlar 19 yanvar — Krım Muxtar Respublikasının Bayraq Günü 20 yanvar — Krım Muxtar Respublikasının Günü 21 oktyabr — Krım Muxtar Respublikasının Kostitusiya Günü
İstinadlar
Kateqoriya:Krım Kateqoriya:Tanınmayan və ya qismən tanınan dövlətlər Kateqoriya:Mübahisəli ərazilər Kateqoriya:Avropada mübahisəli ərazilər Kateqoriya:Sürgündəki hökumətlər