Qaçağan — Gürcüstanın Aşağı Kartli bölgəsinin (Borçalı), Marneuli bələdiyyəsinin ərazisində, inzibati-ərazi vahidi və türkdilli əhali yaşayan kənd.
Tarixi 300px|thumb|left|1941–1945-ci illərdə Böyük Vətən Müharibəsində həlak olmuş Qaçağanlıların xatirəsinə ucaldılmış abidə. 1988-ci il Qaçağan Cənubi Qafqazın qədim yaşayış məskənlərindən biridir. Kəndin 1 kilometrliyində yerləşən "Təkəli" kurqanında aparılan arxeoloji qazıntılar zamanı ibtidai icma qurluşu dövrünə aid qəbirlər və yaşayış məskəni, kiçik gil parçalardan bütöv antropomorfik qadın heykəlcikləri aşkar edilmişdir. 298x298px|thumb|left|1501–1736-cı illərdə Səfəvi İmperiyasının xəritəsi Qaçağan kəndi yaxılığında aparılmış arxeoloji qazıntılar təsdiq edir ki, kəndin ərazisində hələ e.ə. II minillikdə yaşayış məskənləri olub. Tarixi mənbələr kəndin XII əsrdə Dəşti-Qıpçaq çölündən gəlmiş Qıpçaq tayfaları tərəfindən salındığını təsdiq edir.
1118-ci ildə Gürcü çarı Qurucu David Qaçağan ərazisini qıpçaq xanı Artıq xana yaxın şəxs sayılan Qaraçuxa Arslana iqta verildiyini təsdiq edir.
654–1116-ci illərdə indiki Qaçağan kəndi ərazisindəki yaşayış məntəqəsi Tiflis Müsəlman Əmirliyinin tərkibində olmuşdur. 1116-ci ildə ərazi Gürcü çarlığının tərkibinə daxil edilmişdir.
1460-cı ildə Ağqoyunlu dövlətinin bəylərbəyinə tabe edildi və burada Ağqoyunlu hakimiyyəti 1497-ci ilə qədər davam etdi.
1801-ci ildə Böyük Qaçağan və Qaçağan cəmiyyətləri Borçalı sultanlığının tərkibində Rusiya İmperiyasına ilhaq edildi. Ərazidə Hərbi-komendat idarə usulu yardıldı.
1914-cü ildə Qaçağan kəndinin 20 yaxın sakini Osmanlı İmperiyası ilə müharibənin başlanması ilə əlaqədar olaraq "Dikaya Diviziya"nın Tatar atlı Alayına hərbi xidmətə çağrıldılar. Həmin alayın süvarilərində biri Həmid Gülməmmədov sonra 2-ci dərəcəli "Müqəddəs Anna" Ordeni ilə təltif olundu.
1916-cı ildə yerli ziyalı, Mirzə Həsən Mollayev Qafqaz canişinliyi Təhsil Baş İdarəsindən xüsusi icazə alaraq Qaçağanda yedillik Rus-tatar məktəbi təsis etdi. thumb|190 px|1918-ci ildə mövcud olmuş Cənub-Qərbi Qafqaz Demokratik Respublikasının Bayrağı
1918-ci ilin yanvarında Qaçağan kəndinin ərazisi Borçalı Qarapapaq Türk Cümhuriyyətinin tərkibinə daxil edidli və Qaçağan icmalarının səlahiyyətli nümayəndələri Qars şəhərində keçirilən, Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin Təsis Kongresində iştirak etdilər.
9 mart 1917-ci ildə Rusiya İmperiyasının Müvəqqəti Hökuməti Qafqazda çar idarəçilik sisteminin – Canişinliyin ləğv edilməsi barədə qərar verdi və bunun əvəzində Cənubi Qafqazdan Rusiya Dövlət Dumasına seçilmiş deputatlardan ibarət yeni qurum – Zaqafqaziya Xüsusi Komitəsi yaradıldı. Bu inzibati islahat zamanı Qaçağan kəndində Mehdi ağanın rəhbərlik etdiyi yeni idarəetmə vahidi təsis olundu. Həmin vaxt Borçalı qəzasının Qubernatoru təyin edilmiş Əbdürrəhman bəy Haqverdiyev tez-tez ən böyük kəndlərdən biri olan Qaçağana baş çəkirdi. 290px|thumb|left|Gürcüstanın tərkibindəki Aran Borçalısını xərtəsi. 1918-ci il 26 may tarixdə Gürcüstan Demokratik Respublikasın müstəqilliyi elan edildikdə, Borçalı qəzasın Şulaver stansiyasına daxil olan Böyük Qaçağan kəndi rəsmən Gürcüstanın tərkibinə daxil edilsə də Azərbaycan Xalq Respublikası ilə mübahisəli ərazi hesab edilirdi və hüquqi statusu müəyyən edilməmişdir. Gürcüstan hökuməti 1918-ci ildə Borçalı qəzasına Qubernator təyin etsə də faktiki olaraq həmin inzibati idarəetmə oraqanının Qaçağan kəndində də səlahiyyətləri tanınmırdı. Faktiki olaraq hakimiyyət isə Mehdi ağanın yaratdığı yerli idarəetmə sturukturuna məxsus idi. 294x294px|thumb|left|1921–1990-cı illrdə gürcüstan Sovet Sosialist Respublikasının Dövlət Bayrağı 25 fevral 1921-ci il tarixdə RSFSR-ə məxsus 11-ci Qızıl Ordu Azərbaycan SSR və Ermənistan SSR ərazilərindən Gürcüstan Demokratik Respublikasının ərazisinə daxil olub oranıda işğal etdi. 25 fevral 1921-ci ildə Borçalı qəzasının Şulaver kəndində Gürcüstan SSR Müvəqqəti İnqilab Komitəsi elan olundu. Qaçağan ərazisi Gürcüstanda Sovet hakimiyyətinin qurulduğu ilk ərazilərdən biri idi. 26 fevral 1921-ci ildə Qaçağanda Məmid Gülməmmədlinin rəhbərliyi altında yerli Qaçağan İngilab Komitəsi yardıldı. 1929-cu ildən sonra kəntdə kollektivləşmə və kolxoz istehsal qurluşu formalaşdırılmağa başladı.
"Qaçağan" toponiminin mənşəyi "Qaçağan" türk mənşəli toponimi birbaşa "qoç" sözü ilə əlaqəlidir və tarixçilərin qənaətinə görə "Qaçağan" toponimi "Qoçağan"(Qoçakan/Qoçak-kan) toponimindən sait dəyişməsi nəticəsində törəyib. XII əsrdə Azərbaycan Atabəyləri Dövlətinin (Eldəgizlərin) vergi dəftərlərində Qaçağan adı "Qoçağan" şəklində işlənib. Sonra tədricən söz tələffüzdə dəyişikliyə uğrayıb. Qaçağan "Qoç-aqlar" məskəni kimi tanınmışdır. Qoçaq kişilər dünyasını dəyişdikdə isə onların qəbri üstündə adətən daş qoç heykəli qoyardılar. Kəndin qədim qəbirləri üstündə qoyulmuş belə qoç heykəllərinin qalıqlarına indi də rast gəlmək olar. Qaçağan kəndindən bir neçə kilometr aralıda olan qədim qəbirstanlığın birində qoç heykəlləri mövcuddur. Onların yerləşdiyi yerə, elə indi də, "Qoşdar", yəni "Qoçlar" deyilir.
Coğrafiyası və iqlimi 300px|thumb|left|Babakər dağının şimal yamaclarından görünüş Qaçağan kəndi Gürcüstanın Aşağı Kartli (Borçalı mahalı) bölgəsinə daxil olan Marneuli Bələdiyyəsinin cənub hissəsində, Borçalı çökəkliyinin aşağı tərəfində, dəniz səviyyəsindən 280-300 metr hündürlükdə, kiçik yüksəklikdə yerləşir. Kəndi inzibati ərazi vahidi cənubdan Gürcüstanın Ermənistan Respublikası, şərqdən isə Azərbaycan Respublikası ilə olan dövlət sərhəddinə bitişir. Şimal tərəfdən Qaçağan kəndi Qırxılı kənd ərazi vahidinin ərazisi ilə qərb tərəfdən isə Qasımlı kənd inzibati ərazi vahidi ilə qonşudur. Qaçağan kəndi qərbdən Ağaməmmədli, şimaldan Qırxılı, şərqdən Təkəli, cənubdan isə Ermənistanın Noyemberyan (Barana) rayonunun Aşağı Körpülü kəndləri ilə qonşudur.
Qaçağan kənd inzibati ərazi vahidinə Qaçağan, Təkəli, Xançıqazlı və Kirəc Muğanlı kəndləri daxildir. İnzibati ərazi vahidinin Upravası Qaçağan kəndində yerləşən İnzibati İdarədə fəaliyyət göstərir.
Qaçağan kəndinin içindən Qırmızı Körpü-Şulaveri-Marneuli beynəlxalq əhamiyyətli avtomobil yolu keçir. Həmçinin Qaçağan kəndindən Ermənistanın Noyemberyan rayonu Aşağı Körpülü kəndinə qrunt yol mövcuddur.
Qaçağan kəndi Kiçik Qafqaz sıra dağlarının tərkib hissəsi olan Babakər dağının cənub ətyində və Debed çayının cənub sahili boyunca kiçik yüksəklik və qismən düzənlik ərazidə yerləşir. Kəndi XVIII əsrdə süni salınmış Xan arxı kəsib keçir. Bəzi ərazilərini yarım təpəlik reylef təşkil edir. Kəndin şərq tərəfi dağətəyi düzənlikdən ibarətdir.
İqlim müxtəlifliyi Qaçağan subərazisinin iqlimi çox müxtəlif olub, rəngarənglik təşkil edir. Belə ki, Kiçik Qafqaz sıra dağlarının tərkib hissəsi olan Babakər dağının və Loru dağlıq ərazisinin təsirindən qışı əsasən soyuq keçir. Debed və Xram çayı vadilərinin qismən isti havasının təsiri ilə isə yazı yumşaq isti, bəzən yağışlı, payızı yağışlı və soyuq, yayı isə dumanlı və mülayim, bəzən isə qızmar keçir. Borçalı vadisinin yay fəsli zamanı isti kontinental havası öz təsiri göstərir.
Əhalisi 260x260px|thumb|left|Qafqaz regionunun ətraflı xəritəsi, 1869-cu il 2002-ci ildə Gürcüstanda keçirilmiş əhalinin siyahıya alınmasının rəsmi nəticələrinə görə Qaçağan kəndinin əhalisinin 99%-i Qarapapaq və Azərbaycan türklərindən ibarətdir. Həmçinin Qaçağanda 1 nəfər milliyətcə belorus, 2 nəfər ukraynalı, 3 nəfər rus və 2 nəfər gürcü yaşayır. Qaçağan ərazisində türkdilli tayfaların məskunlaşmasının tarixi e.ə. II minilliyə gedib çıxır. Tarixi mənbələr və arxeloji tədqiqatlar nəticəsində indiki Qaçağan inzibati-ərazi bölgüsü ərazisində türkdilli Gögər, eraməzdan əvvəl 5-ci əsrdə isə Buntürklərin yaşadığı təsdiq edilir. Qıpçaq mənşəli türkdilli tayfalar Qaçağan ərazisində III əsrdən etibarən yaşamağa başlayıblar. Qıpçaq tayfalarının Qaçağan ərazisinə kütləvi şəkildə gəlməsi isə 1118-ci ilə təsadüf edir.
Milliyətcə Azərbaycan türkləri olan nəsillər isə Qaçağana ilkin olaraq 1552-ci ildə Səfəvi Şahı I Təhmasibin zamanında köçüb gəliblər. 1850-ci ildən sonra əsasən Cənubi Azərbaycanın Təbriz və Maku bölgələrindən gələrək burada daimi məskunlaşıblar.
Dini mənsubiyyətinə görə Qaçağan əhalisnin 99.9%-i müsəlmanlardan ibarətdir. Kənd əhalisinin 97%-i İslamın cəfəri, 2.9%-i isə isə sünni məhzəbini özünün inancı hesab edir.
1869-cu ildə həyata keçirilmiş kameral (ailə və ya tüstü/ev sayına görə) siyahıya alınmaya əsasən Tiflis quberniyasının Borçalı qəzasının Qaçağan kəndində Qafqaz tatarlarından ibarət 35 ailə yaşayırdı.[Военный обзор Тифлисской Губернии и Закатальского округа, составлен подполковником Генерального штаба В. Н. Филиповым. Воспроизведено в оригинальной авторской орфографии издания 1872 года (издательство "Санктпетербург: Товарищества "Общественная польза""), стр. 145]
2002-ci il siyahıya almasının nəticələrinə əsasən Qaçağan kəndinin əhalisinin sayı 8 124 nəfər (rayon əhalisinin 6,5%-i) olmuşdur ki, onlardan da 50,2%-i kişilər, 49,6%-i isə qadınlardır. Kənd əhalisinin 99,9%-i türkdilli əhalidən ibarətdir. Qaçağan əhalisinin sayına görə Borçalının türklər yaşayan ən iri kəndlərindən biri hesab olunur.
İqtisadiyyatı thumb|200px|Rusiya Imperiyas geeneral-leytenantı İsrafil bəy Yadigarov (1815-1884) Qaçağan Marneuli rayonunun aqrar sahədə inkişaf etmiş kəndlərindən biridir. Əsas məşğulluq sahələri kənd təsərüfatı istehsal sahələri, heyvandarlıq. tərəvəzçilik və arıçılıqdır. Taxılçılıq, tərəvəzçilik, kartofçuluq, maldarlıq, arıçılıq və s. inkişaf etmişdir. 1921-ci ilə qədər kəndin ətraf əraziləri, əkin sahələri, lokal meşəliklər və dağ otlaqları mülkədarlara məxsus idi. Ərazidə yerli mülkədarlar, General-leytenant İsrafil bəy Yadigarovun və oğlu Həsən bəy Yadigarovun mülkləri, əkin sahələri, Mantaşevin tut bağları və digər mülkədarların torpaq sahələri var idi.
1927-ci ilin dekabrında SSRİ-də Ümumittifaq Kommunist (Bolşeviklər) Partiyasının XV Qurultayında kollektivləşdirmə və şəxsi mülkiyyətdə olan torpaqların milliləşdirilməsi haqqında qərar qəbul edildi. Bu qərar əsasında Gürcüstan SSR Xalq Komissarları Soveti kollektivləşdirmənin həyata keçirilməsinə başladı. Qaçağan kəndi ərazisində "Kommunizm" kolxozu yaradıldı və şəxsi mülkiyyətdə olan bütün torpaqlar dövlətin nəfinə müsadirə edildi.Yerli kolxoz, 1960-cı ildə Qaçağanda sturuktur islahatı aparılması nəticəsində, Qaçağan südçülük-tərəvəzçilik sovxozuna çevrildi. 1991-ci ildə SSRİ-nin dağılması ilə əlaqədar olaraq Qaçağan sovxozu tamaiylə iflasa uğradı. 1995-ci ildə Gürcüstan Respublikasında torpaq islahatının başlandı və sovxoza məxsus sahələr özəlləşdirildi.
1995-ci ilə qədər Qaçağanda kənd təssərüfatı məhsullarının istehsalı sahələri mövcud idi. Ancaq müstəqilliyini yeni elan etmiş Gürcüstan Respublikasında baş verən dərin siyasi və iqtisadi böhran bütün istehsal sahələrinin məhv olmasına səbəb oldu. 1998-ci ildən etibarən isə Qaçağan Südçülük-tərəvəzçilik sovxozuna məxsus olan torpaqlar və istehsal sahələri özəlləşdirildi. Hazırda kənd sakinlərinə və icarədarlara məxsus torpaqlarda kənd təssərüfatı məhsulları, o cümlədən tütün, qarğadalı, günəbaxan, pomidor, taxıl, arpa, digər texniki bitkilər və meyvə becərilir. Yalnız tütün qurudulamsı və ilkin istehsalı həyata keçirilir. Yerli əhali ənənəvi üsullarla kənd torpaqlarında becərilən üzümdən qırmızı və ağ şərab istehsal edirlər.
Qaçağan kəndinin şimal ərazisində, Babakər dağının ətəyindəki daş karxanalarda qırma üsulla tikinti materialı olan ağ daş çıxarılır. Son dövrlərdə, Qaçağanda xalq üsulubu ilə şərabçılıq istehsalı geniş şəkildə inkişaf etməkdədir. Qaçağanda şərabçılığın əsası 19-cu əsrdə hələ Borçalının Çörük-Qəmərli bölgəsində məskunlaşdırılmış almanlar tərəfindən qoyulmuşdur.
Mədəniyyəti thumb|308x308px|Qaçağan kənd Mədəniyyət evi thumb|220px|Azərbaycan SSR-in dövlət xadimi, Azərbaycan SSR Nazirlər Sovetinin sədri (1981-1989) Həsən Seyidovun Qaçağan kəndindəki büstü (2003-cu il)