Laos dili, lao dili və ya laotyan dili (, ) — Tay-kaday dilləri ailəsinin tay dili qrupuna aid olan dil, laoların dili, Laosun rəsmi dövlət dili. Şimal, mərkəz və cənub dialekt qrupları var. Təcridi dildir. Sözlər arasında sintaktik əlaqələr analitik yolla yaradılır. Cümlədə söz sırası sabitdir. Leksikasında pali və sanskrit dillərindən keçmə sözlər çoxdur. Ədəbi dil Vyentyan dialektinə əsaslanır. Laosda ilk yazılı abidələri XIII əsrə aiddir.
İstinadlar
Kateqoriya:Tailand dilləri Kateqoriya:Laos dilləri Kateqoriya:Ton dilləri