Vampirin gündəlikləri teleserialının II mövsümünün çəkiləcəyi CW tərəfindən 16 fevral 2010-cu ildə elan edilmişdi. II Mövsümün ilk seriyasının premyerası 9 sentyabr 2010-cu ildə baş tutmuşdur. II mövsümdə hadisələr I mövsümün final seriyasında qaldığı yerdən davam etdirilir. Bundan sonra hadisələr davamlı olaraq inkişaf etdirilir. II mövsümdə hadisələr Yelena Gilbertin (Nina Dobrev) oxşarı olan Ketrin Pirsin şəhərə qayıtması ətrafında cərəyan edir, Mistik Folsda canavar adamlar peyda olur, qədim vampirlər haqqında mövzuya giriş edilir. Tayler Lokvudun (Maykl Trevino) əmisi Meyson Lokvud (Teylor Kinni) ailə mirası olan Ay daşının axtarışları zamanı Mistik Folsa gəlib çıxır. Daha sonra Tayler Lokvud ailəsinin canavar adam kökləri haqqında öyrənir. Bu arada Keralayn Forbs (Kendis Akkola) Ketrin Pirs tərəfindən öldürülür və qanında Deymon Salvatorenin (Yan Somerhalder) qan qatışığı olan Keralayn vampirə çevrilir. Qədim vampirlərdən Elayca (Daniel Gillies) və Klaus Mikaelsonun (Cozef Morqan) şəhərə gəlməsi hadisələri daha da mürəkkəbləşdirir. Vampir-Canavar adam qarışığı hibrid olan Klausa qədim cadugərlər tərəfindən bəd dua edilib və o, canavar adam gücündən istifadə edə bilmir. Bu cadunu ləğv etmək üçün ona Ay daşının gücündən istifadə etmək lazımdır və şəhərə gələn qədim vampirlərin də həmin daşın axtarışında olduğu məlum olur. Klaus gücünü əldə etmək və özü kimi hibridlər yarada bilmək üçün, bir vampir, bir canavar adam və oxşarlardan birinin iştirakı ilə bütöv ay gecəsi ritual keçirməli olur. II Mövsüm DVD və Blu-ray formatlarında 30 avqust 2011-ci ildə satışa çıxarılıb.
Rollarda Nina Dobrev — Yelena Gilber və Ketrin Pirs ** (22 seriya) Pol Uizli — Stefan Salvatore (22 seriya) Yan Somerhalder — Deymon Salvatore (22 seriya) Stiven R. Makkuin — Ceremi Gilbert (17 seriya) Sara Kanning — Cena Sommers (15 seriya) Ketrin Grehem — Boni Bennet (17 seriya) Kendis Akkola — Keralayn Forbs (20 seriya) Zak Roerig — Mett Danovan (15 seriya) Maykl Trevino — Tayler Lokvud (15 seriya) Metyu Davis — Alarik Zoltsman (17 seriya) Qeyd: **Dobrev Ketrin rolunu 18 seriyada canlandırıb.
Ssenari xətti Birinci mövsümün sona çatdığı yerdən davam edən ikinci mövsümün birinci seriyasında evə dönən Yelena Con və Cereminin başına gələnlər haqqında məlumat alır. Öyrənir ki, Ceremi kifayət qədər dərman içmədiyindən ölməyib, üstəlik Annanın qanını da kifayət qədər içmədiyindən vampirə çevrilməmişdi. İkinci mövsümdə hadisələr Yelenanın oxşarı olan Ketrin Pirsin Mistik Fola dönməsi ilə daha da qızışır. Bu arada Yelenanın bioloji valideynləri olan Con Gilbert və İzobel Flemminq də şəhərə qayıdır. Alarikin arvadı olan İzobelin vampirə çevrildiyi məlum olur.
İkinci mövsümdə vampirə çevrilən təkcə İzobel olmur. Belə ki, Yelenanın ən yaxın rəfiqələrindən biri Keralayn da vampirə çevrilir. Həmçinin ikinci mövsüm canavar adamların da meydana çıxması ilə əlamətdardır. Belə ki, Lokvudlar ailəsinin canavar köklərinin olduğu məlum olur. Mövsümün ortalarında Talyer Lokvud da Ketrinin qurduğu tələyə düşüb canavar adama çevrilir.
İkinci mövsümün sonuna yaxın Mistik Folsa çağırılmamış qonaqlar gəlir. Ketrin yenidən tarixlə üzləşməli olur. Qədim dövrlərin xatirələri canlanır. Qədim vampirlərdən əvvəlcə Elayca, daha sonra isə Klaus şəhərə gəlir. Məlum olur ki, hibrid olan Klaus qədim lənəti aradan qaldırmaq və canavar adam gücünə sahib olmaq üçün ayin keçirmək istəyir. Bunun üçün isə ona canavar adam, vampir və bənzərlərdən birini (yalnız insan olanı) qurban vermək, qanını içərək öldürmək lazım gəlir. Vampir kimi Klaus, Yelenanın xalası Cenadan istifadə edir. O, Cenanı vampirə çevirərək öldürür. Boni Con Gilbert və Yelenanı cadu vasitəsilə birləşdirərək Yelenanın ölməsinin qarşısını ala bilir, əvəzində Con ölür. Klausun canavar adama çevrilməsi tamamlanır və onlar Elayca ilə birlikdə aradan çıxırlar.
Bu arada canavar adama çevrilən Tayler Deymonu ölümcül yaralayır. Onu bu ölümdən xilas etmənin yeganə yolu isə hibridin — Klausun qanından içməkdi. Stefan qardaşını xilas etmək üçün özünü Klausa təslim edir. Əvəzində onun qanından bir qədər alıb Ketrinlə Deymona göndərir. Bu arada Deymonu öldürmək istəyən Şerif Forbs səhvən Ceremini öldürür. Lakin Boni həyatı ilə risk edərək onu yenidən həyata qaytara bilir. Yenidən dirilən Ceremi ölmüş sevgililəri Viki və Annanın ruhlarını görməyə başlayır.
Seriyalar No. # Başlıq Rejissor Ssenarist İlk efir tarixi İstehsalkodu ABŞ-də izləyicilər(milyon)
İstehsalı 16 fevral 2010-cu ildə, The CW rəsmən serialın 22 seriyadan ibarət ikinci mövsümünün çəkiləcəyini elan etmişdi.The CW renews Top Model, Vampire Diaries, Supernatural, Gossip Girl, 90210 Retrieved: 2013-07-13. İkinci mövsümün ilk seriyasının premyerası, Çərşənbə günü, 9 sentyabr 2010-cu ildə həyata keçirilmişdir.The C Retrieved: 2013-07-13. Mövsüm finalı isə 12 may 2011-ci ildə efirə verilmişdir.
9 iyul 2010-cu ildə "Entertainment Weekly" jurnalı aktyor Teylor Kinninin, qardaşının ölümündən sonra Mistik Follsa gəlmiş canavar adam, Taylerin əmisi Meyson Lokvud obrazını canlandıracağını elan etmişdi. Ketrin Meysonu Ay daşını tapmaq üçün şəhərə göndərir. Meyson tapşırığı yerinə yetirsə də, Deymon və Stefan onu öldürərək daşı əlindən alırlar. Meyson obrazı "əla" dayı, seksual və atletik biri kimi təsvir edilir. Loren Kohan isə ikinci mövsümdə 500 yaşlı vampir Rouz obrazını canlandırmışdır.
Mikaella MakManus Meysonun ölümünün səbəblərini araşdırmaq üçün şəhərə gəlmiş canavar adam rolunu canlandırmışdı. Briton Ceyms cadugər Luka rolunda görünmüş, onun atası Cons Martini isə Rendi J. Qudvin oynamışdır. Cons mövsümün sonuna yaxın Salvatore qardaşları tərəfindən öldürülür.
İkinci mövsümün sonunda Klaus üçün işləyən cadugər rolunu Gino Antoni Pesi canlandırıb. 18 fevral 2011-ci ildə Britaniya aktyoru Cozef Morqanla Klaus rolunun canlandırılması haqqında müqavilə imzalandığı elan edilmişdi.
Qəbulu "Entertainment Weekly"dən Ken Taker yazır: "Vampirin gündəlikləri"nin düyünən qırmızı ürəyi olaraq Deymon və Stefan arasında Yelenanın sevgisinə sahib olmaq uğrunda mübarizə qalmaqdadır." "Boston Herald"dan Mark A. Periqarda yazır: "Üçbucaq-dördbucaq? – hər seriyanın sonunda bu sual olaraq saxlanılır. Həmçinin şiddət, faciə və mifologiya serialı daha baxımlı edir. "Oyna" bu mövsümə ən uyğun gələn sözdür." "TV Guide"dan Met Ruş qeyd edir: "Vampirin gündəlikləri elə serialdır ki, mifologiyanın təsiri ilə, burada heç vaxt "öldü demək lazım gəlmir".The Vampire Diaries: Season 2, metacritic.com Mən bilmirəm, Vampirin gündəlikləri nə qədər çalxalanan hadisələrlə hərarətli izləyici sevgisini saxlaya biləcək, lakin əgər sənin sevdiyin üslubdursa, dişləməmək üçün özünü çətin saxlayacaqsan."
DVR göstəriciləri No. Ad Efir tarixi 18–49 reytinq (Live + SD) İzləyici(milyon) artımı Ümumi 18–49 artım Ümumi izləyicilər(milyon) İst02 "Cəsarətli Yeni Dünya" 1.4 0.91 1.9 3.96 03 "Pis Ay çıxışı" 1.4 0.92 1.9 4.49 04 "Yaddaş yolu" 1.2 0.95 1.8 4.13 06 "Plan B" 1.7 1.04 2.2 4.66 07 "Maskarad" 1.7 0.85 2.2 4.40 08 "Rouz" 1.6 1.12 2.1 4.75 09 "Katerina" 1.6 1.012.0 4.51 10 "Qurban" 1.6 1.072.1 4.53 11 "Ay işığı altında" 1.3 0.971.7 4.13 12 "Eniş" 1.6 1.10 2.1 4.65 16 "Qonaq evi" 1.3 1.13 1.8 4.11 17 "Düşməni tanımaq" 1.2 1.14 1.7 3.87 18 "Sonuncu rəqs" 1.3 1.06 1.8 3.87 19 "Klaus" 1.2 1.35 1.8 4.05 20 "Son gün" 1.2 1.34 1.8 4.02 21 "Yenidən günəş çıxır" 1.3 1.07 1.8 3.91 22 "Ölmüş kimi uzanaramsa" 1.4 1.02 1.9 3.88
Mükafatlar İkinci mövsümünə görə "Vampirin gündəlikləri" beş "Teen Choice Awards", bir "People's Choice Award" qazanmış, "Saturn mükafatı"na nominant göstərilmişdir.
Ev üçün buraxılış 30 avqust 2011-ci ildə "Vampirin gündəlikləri"nin ikinci mövsümü DVD və Blu-ray disklərdə satışa çıxarılmışdır."Comic Con 2011 Announcement" . TheWB.com. Retrieved 2013-07-13. Region B üçün 22 avqust 2011-ci ildən satış başlamışdır."Amazon UK Season 2 Blu-ray" . Retrieved 2013-07-13.
İstinadlar
Həmçinin bax Vampirin gündəlikləri
Kateqoriya:Vampirin gündəlikləri