Maqnum Foto — beynəlxalq foto agentliyi. Nyu-York, Paris, London və Tokioda ofisləri olan agentlik 1947-ci ildə başda Anri Kartye-Bresson olmaqla müharibə fotoqrafları Robert Kapa, Devid Seymur və Corc Rocer tərəfindən yaradılmışdır.
Yaranması Agentlik 1947-ci ildə Parisdə Robert Kapanın ideyası əsasında Robert Kapa, Anri Kartye-Bresson, Devid Seymur, Corc Rocer, Uilyam Vandivert, Rita Vandivert və Mariya Eyzner tərəfindən yaradılıb. Rita Vandivert agentliyin ilk prezidenti və Nyu-York ofisinin rəhbəri seçildi. Mariya Eyzner Paris ofisinə rəhbər təyin edildi. Plana görə, C.Rocer Afrika və Yaxın Şərq, A.Kartye-Bresson Cənubi və Şərqi Asiya, D.Seymur və U.Vandivert Avropa və ABŞ-dən fotolar çəkməli idilər. R.Kapa isə haranı və hansı hadisəni çəkəcəyini sərbəst şəkildə seçməli idi.
Maqnum üzvləri tərəfindən yaradılan ilk fotoqrafiya koorporasiyadır. Heyət fotoqraflara dəstək göstərir və onların müəlliflik hüquqlarını müdafiə edirdi.
Yeni üzvlərin seçilməsi Maqnumun yeni yarandığı illərdə üzvlük ümumi xarakter daşıyırdı və Robert Kapanın şəxsi dəvəti ilə qəbul edilirdi. 1955-ci ildə bu günə qədər qüvvədə qalan üç mərhələli üzvlük sisyemi yaradıldı.
Nyu-Yorkda, Parisdə və yaxud Londondakı ofislərində ildə bir dəfə - iyun ayının sonuncu həftəsində görüşən Maqnum fotoqrafları korporasiyanın işlərini müzakirə edirlər. Bu görüşlərin bir günündə potensial yeni üzvlərin müraciətlərinə, portfoliolarına baxılıb səsvermə keçirilir. Qəbul olunmuş müraciətçi "Üzvlüyə namizəd" olmağa dəvət edilir. Bu üzvlük kateqoriyası namizədlə üzvlərin bir-birini tanımasına şərait yaradır, heç bir tərəf üzərinə heç bir məsuliyyət qoymur.
"Üzvlüyə namizəd"likdən iki il sonra fotoqraf "Müxbir üzv" olmaq üçün başqa yeni bir portfolio təqdim edir. Əgər uğurlu olarsa, fotoqraf agentliyin qaydaları ilə yaxından tanış olur, onun imkanlarından və ümumdünya təqdimatlarından yararlanır. "Tam üzv"lə "Müxbir üzv" arasındakı əsas fərq ondan ibarətdir ki, müxbir üzv korporasiyanın mühüm qərarlarında səsvermə hüququna malik deyil. "Müxbir üzv" iki ildən sonra "Tam üzv" olmaq istəyirsə, yeni bir portfolio təqdim edir, üzvlər onun işlərinə səsvermə ilə qiymət verirlər.
Üzvlərinin siyahısı Adı Milliyyəti Əməkdaşlıq etdiyi müddət Abbas Attar İran 1981- Kristofer Andersson ABŞ 2005- Ansel Adams ABŞ 1956 Eve Arnold ABŞ 1951- Oliviya Artur Birləşmiş Krallıq 2008- Miça Bar-Am İsrail 1968- Bruno Barbey Mərakeş 1964- Yonas Benediksen Norveç 2004- İan Berri Birləşmiş Krallıq 1967- Hiroşi Hamaya Yaponiya 1960-1999 Verner Bişof İsveçrə 1949-1954 Brayan Breyk Yeni Zelandiya 1957-1966 Maykl Kristofer Braun ABŞ 2013- Rene Burri İsveçrə 1955- Kornell Kapa Macarıstan 1954-2008 Robert Kapa Macarıstan 1947-1954 Anri Kartye-Bresson Fransa 1947-2004 Çien-Çi Çanq Tayvan 1995- Antuan D'Aqata Fransa 2004- Brüs Devidson ABŞ 1956- Karl De Keyzer Belçika 1990- Luk Delahaye Fransa 1994-2004 Raymond Depardon Fransa 1978- Biek Depurter Belçika 2012- Tomas Dvorzak Almaniya 2004- Nikos Ekonomopulos Yunanıstan 1990- Elliott Ervitt ABŞ 1953- Martin Frank Belçika 1980-2012 Stüart Franklin Birləşmiş Krallıq 1985- Leonard Frid ABŞ 1956-2006 Kristina Qarsiya Rodero İspaniya 2005- Jan Qomi Fransa 1977- Brüs Gilden ABŞ 1998- Bört Qlinn ABŞ 1951-2008 Mark Qodfrey 1974-1981 Cim Qoldberq ABŞ 2002- Filipp Cons Qriffits Birləşmiş Krallıq 1966-2008 Harri Qruyaert Belçika 1981- Ara Gülər Türkiyə Ernst Haas Avstriya 1950-1986 Filipp Halsman ABŞ 1951- Çarlz Harbutt ABŞ 1964-1981 Erik Hartmann ABŞ 1951-1999 Devid Alan Harvey ABŞ 1993- Bob Henrikes ABŞ 1957-1961 Tim Heterinqton Birləşmiş Krallıq 2011- Abigeyl Heyman ABŞ 1970- Tomas Hoepker Almaniya 1964- Devid Hörn Birləşmiş Krallıq 1965- Riçard Kalvar ABŞ 1975- Cozef Kudelka Çexiya 1971- Kent Kliç İsveç 1998-2002 Hiroci Kubota Yaponiya 1971- Dorotea Lanq ABŞ 1956- Serxio Larrain Çili 1959-2012 Rassell Li ABŞ 1956- Gi lö Keres Fransa 1976- Erix Lessinq Avstriya 1950- Herbert List Almaniya 1951-1975 Pol Louv Birləşmiş Krallıq Denni Lion ABŞ 1966-1968 Aleks Macoli İtaliya 1996- Konstantin Manos ABŞ 1963- Meri Elen Mark ABŞ 1977-1981 Piter Marlou Birləşmiş Krallıq 1982- Fred Mayer İsveçrə 1967-2009 Don MakKallin 1968 1969- Stiv MakKarri ABŞ 1986- Suzan Meyselas ABŞ 1976- Ueyn Miller ABŞ 1958-2013 İnge Morat Avstriya 1953-2002 Dominik Nahr İsveçrə 2010- Trent Park Avstraliya 2002- Martin Parr Birləşmiş Krallıq 1988- Paolo Pelleqrin İtaliya 2001- Gil Peres Fransa 1970- Georgi Pinxasov Rusiya 1986- Mark Pauer Birləşmiş Krallıq 2002- Raqu Ray Hindistan 1977- Eli Rid ABŞ 1983- Mark Ribud Fransa 1955- Ejen Riçards ABŞ 1983- Migel Rio Branko Braziliya 1978- Corc Rocer Birləşmiş Krallıq 1947-1995 Sebastiyan Salqado Braziliya 1979-1994 Moises Saman İspaniya 2010- Alessandra Sanginetti Argentina 2007- Liz Sarfati Fransa 1997- Fernando Sianna İtaliya 1982- Cerom Sesini Fransa 2012- Devid Seymur Polşa 1947-1956 Merlin Silverstoun ABŞ 1964- Ejen Smit ABŞ 1957-1958 Yakob Ou Sobol Danimarka 2007- Alek Sot ABŞ 2004- Kris Stil Perkins Birləşmiş Krallıq 1979- Dennis Stok ABŞ 1951-2009 Zo Straus ABŞ 2012- Mixail Subotski CAR 2007- Krin Takonis Niderland 1954-1960 Nikolas Tixomirov Rusiya 1959- Larri Touell Kanada 1988- İlkka Uimonen Finlandiya 2002- Bark Azzl ABŞ 1967-1983 Piter van Aqtmael ABŞ 2008- Uilyam Vandivert ABŞ 1947-1948 Con Vink Belçika 1993- Aleks Uebb ABŞ 1976- Donovan Uili Birləşmiş Krallıq 1992- Patrik Zaşman Fransa 1985-
Kitabları Amerika böhranda (America in Crisis). 1969 Maqnum: əlli il tarixin ön cəbhəsində (Magnum: Fifty Years at the Front Line of History). 1999 Maqnum hekayələri (Magnum Stories). 2004 Fokusda bizim dünyamız (Our World In Focus). 2004 Pop altmışıncılar (Pop Sixties). 2008 Maqnumu oxumaq: müasir dünyanın vizual arxivi (Reading Magnum: A Visual Archive of the Modern World). 2013
Kateqoriya:Fotojurnalistika Kateqoriya:Fotoqrafiya təşkilatları Kateqoriya:Fotoqrafiya agentlikləri Kateqoriya:Beynəlxalq qeyri-hökumət təşkilatları