Yadigar Muradov () — Aktyor, əməkdar artist, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru.

Həyatı Muradov Yadigar Məmməd oğlu 1958-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Təyinatla bir müddət Ağdam Dövlət Teatrında işlədikdən sonra, Şuşa Mədəni-Maarif Texnikumunda öz ixtisası üzrə dərs deməyə dəvət olunan Yadigar Muradov 1990-cı ilə qədər bu texnikumda aktyorluq ixtisasından və səhnə danışığından dərs verib. 1990-cı ildə Şuşa Dövlət Musiqili Dram Teatrı yaradılandan bu günə qədər teatrın direktorudur.

2024-cü ilin yanvarında Yadigar Muradovun orqanizmində xərçəng xəstəliyi aşkarlanıb. Səhhətindəki ciddi pisləşmə səbəbindən o, 4 oktyabr 2025-ci ildə xəstəxanaya yerləşdirilib. 18 noyabrda müalicə aldığı xəstəxanada vəfat edib və Badamdar qəbiristanlığında torpağa tapşırılıb.

Ailəlidir, 3 oğlu var.

Mükafatları 21 dekabr 2018-ci il tarixində "Tərəqqi" medalı ilə təltif edilmişdir.

8 may 2025-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

Filmoqrafiya 3 bacı (film, 2012-2014) (bədii serial) (rol: Allahverdi) Oğlan evi Axırıncı yol (film, 2016)

İstinadlar

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Şuşa Humanitar Kollecinin müəllimləri Kateqoriya:XXI əsr Azərbaycan aktyorları