Burcayev Ramazan Hacı oğlu — AR Ali Məhkəməsinin sədr müavini, hərbi kollegiyanin sədri.

Həyatı 15 avqust 1940-cı ildə Zaqatala rayonunun Mazıx kəndində anadan olub. Bakı Dövlət Universitetini bitirib. 1971–1972-ci illərdə təyinatla Azərbaycan SSR-nin Ədliyyə Nazirliyinin Məhkəmə Orqanları İdarəsində hakim-stajor.

O, uzun müddət Azərbaycanın məhkəmə-hüquq sistemində işləyib, 1972–1976-cı illərdə Balakən Rayon Xalq hakimi, 1976–1987-ci illərdə Ağdam Rayon Xalq Məhkəməsinin sədri, 1987–2000-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, 1995 – 1998-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü, 2000 – 2007-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin müavini, Hərbi Məhkəmələrin İşləri Üzrə Məhkəmə Kollegiyasının sədri, 16.07.2007–2010-cu illərdə isə Şəki Apellyasiya Məhkəməsinin sədri vəzifələrində çalışıb.

R. Burcayev 2010-cu ilin sonunda təqaüdə çıxıb.

10 dekabr 2012-ci ildə vəfat edib.

Ailəli idi.

Həmçinin bax

İstinadlar

Kateqoriya:Zaqatala rayonunda doğulanlar Kateqoriya:Azərbaycan Mərkəzi Seçki Komissiyasının üzvləri Kateqoriya:Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavinləri Kateqoriya:Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri