Natəvan Məmmədova () — Azərbaycan aktrisası.
Həyatı Natəvan Məmmədova 7 mart 1966-cı ildə Bakı şəhərində anadan olub. Bakıdakı Moda Evinin işçisi olan anası tanınmış dərzi olub. Natəvan kinoda debütünü 17 yaşında edib. O, "Azərbaycanfilm"in çəkildiyi "Park" və digər filmlərdə obrazlar yaradıb. Lakin sonradan kinodan uzaqlaşaraq tamam ayrı sahəyə üz tutub. O, İnşaat Unversitetinin memarlıq fakültəsinə daxil olaraq memarlıq üzrə magistr dərəcəsi alıb. Daha sonra isə kinesioloji terapiya üzrə təhsil alıb.
Onun həyatında idmanla da bağlı maraqlı faktlar var. 90-cı illərin əvvəllərində Azərbaycanda populyar olan şərq əlbəyaxa döyüş növləri ilə maraqlanıb. Bakı idman məktəblərinin birində kunq-fu ilə məşğul olub və bu yöndə olan yarışlara qatılaraq parlaq nəticələr əldə edib. 1990-cı ildə kunq-fu üzrə keçirilən Azərbaycan çempionatının bürünc mükafatını alıb. 1991-ci il təvəllüdlü Anar adında oğlu vardır.
90-cı illərin ortalarında Azərbaycanı tərk edib. 1997-ci ildən İsrailin Netaniya şəhərində yaşayır.
Filmoqrafiya Park (film, 1983) — qız Tənha narın nağılı (film, 1984) — Surət Bəyin oğurlanması (film, 1985) — Yasəmən On yeddi yaşlı oğlan (film, 1985) — Məleykə
İstinadlar
Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Bakıda doğulanlar