Faiq İsmayıl oğlu Mustafayev () — vokalçı-aktyor, Azərbaycan SSR əməkdar artisti (1959).
Həyatı Bariton səsli müğənni 1952-ci ildən ADOBT-nin solisti olub (müəyyən fasilələrlə). Respublikanın əməkdar artisti idi, səhnədə canlı və təbii görünürdü. Səsini obrazın xarakterinə uyğun olaraq məharətlə idarə edə bilirdi. Əsas partiyaları: Həsən xan ("Koroğlu"), Nofəl ("Leyli və Məcnun"), Süleyman ("Arşın mal alan"), Şahvələd ("Aşıq Qərib"), Əbdüləli bəy ("Sevil"), Tonio ("Məzhəkəçilər"), Qraf Tomson ("Qaratoxmaq qadın"), komendant ("Kornevil zəngləri"), Aleko ("Aleko").
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 10 iyun 1959
Filmoqrafiya Bəxtiyar (film, 1955) O olmasın, bu olsun (film, 1956) Qızmar günəş altında (film, 1957) Mənim atam Əliövsət Sadıqov (film, 2007)
Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan müğənniləri Kateqoriya:Azərbaycanın opera müğənniləri Kateqoriya:Azərbaycan SSR əməkdar artistləri Kateqoriya:Yasamal qəbiristanlığında dəfn olunanlar