I Vilyam — Siciliyanın 2-ci kralıdır. Əslində kral olmağa hazır olmayan Vilyam özündən böyük bütün qardaşlarının ölümündən sonra məcbur taxta çıxmışdı.
Hakimiyyəti 1155-ci ildə Bizans ordusunun Bari, Taranto, Ciovinazzonu ələ keçirməsi və Brindizini mühasirəyə alması xəbərləri gələrkən Vilyam tələsik donanma ilə Brindiziyə gələrək Bizans ordusunu məğlub etdi və Barini geri aldı. 1157-ci ilin yayında cavab vermək üçün 154 gəmidən ibarət nəhəng donanmanı Evbeya və Almira adalarını qarət etməyə göndərdi. Afrikadakı torpaqlarını isə çoxdan itirmişdi. Vilyamın siyasətindən xoşlanmayan əyanlar onu taxtan qovmaq barədə fikirləşməyə başladılar.
Üsyan Əyanlar kralı devirmək üçün üsyana başladılar və onlara ilk kömək Taranto knyazı Simon Hoytvill (II) və Tankred (Siciliya kralı) Tankreddən gəldi. Kral həbs edildi və oğlu IV Rocer kral elan edildi, lakin hələ tac qoymağa imkan tapmamış Vilyam qaçdı və xalqın köməyi ilə üsyançıları məğlub etdi. Oğlu Roceri isə edam etdirdi.
Ölümü Vilyam 7.5.1166də vəfat etdi və Palermo kafedralında dəfn edildi.
Ailəsi Mariya Jimenez ilə evlənmişdi. Övladları: IV Rocer III Robert II Vilyam Henri
Kateqoriya:Normanlar Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri