Şeyx Sənan () — məşhur Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 1914-cü ildə yazdığı dram əsəri, dörd pərdəli faciə.
Qısa məzmun Əsər sufi şeyxi Sənanın gürcü-xristian qızına duyduğu eşqi təsvir edirH. Cavid "Şeyx Sənan". Bakı, Qanun Nəşriyyatı, 2022, 184 səh..
Dahi dramaturq Hüseyn Cavidin yazdığı "Şeyx Sənan" mənzum dramı müsəlman şeyxi Sənan və xristian gürcü qızı Xumar (Tamar) arasındakı sevgidən bəhs edir. Əsər 1912–1914-cü illərdə Cavidin Tiflis və Naxçıvanda yaşadığı dövrlərdə yazılıb. Kitab kimi 1917-ci ildə çap olunmuşdur, bundan əvvəl müxtəlif qəzetlərdə işıq üzü görmüşdür.
Şeyx Sənan böyük bir şəxsiyyət kimi sayılır, seçilir, müəyyən bir kütləyə rəhbərlik edərək Kəbəyə yola düşür, məqsəd isə islamı ayaqda saxlamaqdır. Eyni zamanda qadından qorxan Sənan hər bir şərin səbəbini qadında görür. Səbəb isə qadınları sevməməyi deyil, əksinə qadın qarşısında acizliyidir.
Tiflisdə yuxusunda gördüyü gürcü qızı Xumara rast gəlir. Xumara görə o dinindən, əqidəsindən, məqsədindən, yoldaşlarından üz döndərir. Xumar isə Sənana görə ölüm ayağında anasına verdiyi andı pozur. O söz vermişdi ki, ərə getməyəcək, monastıra yerləşəcək.
Sənan papasın "içiniz bu şarabı öyleyse" sözündən sonra Xumara olan eşqinə görə şərabı içir, papas: "pək gözəl Şeyxim al, al şu xaçı da as" deyir. Sənan heç tərəddüt etmədən xaçı asır və o bununla Xumarın eşqinə görə hər şeyə hazır olduğunu sübut edir. Tamaranın atası Platon ona 2 il domuz (donuz) otarmalı olduğunu söyləyir. Sənan razılaşır, 2 il tam donuz otarır, eşqindən məcnun olan Sənan anlayır ki, Platon öz qızını bir müsəlmanə yar etmək istəmir, çıxıb gedir. Xumar da onun ardınca gedir. Birləşirlər amma… ölüm onları bu həyatdan ayırdıqdan sonra birləşirlər…
Personajlar Şeyx Kəbir — fəzilət və irfan ilə, irşad və ictihad ilə məşhur, ağsaqqal və nurani bir mürşid Şeyx Əbuzər — Şeyx Kəbirin ailəsinə məhrəm, ev işlərinə nəzarət edən edən bir ixtiyar Zəhra — Şeyx Kəbirin qızı Əzra — Zəhranın rəfiqəsi, Şeyx Əbuzərin qızı Şeyx Sənan — 30 yaşınnda xoşsima bir tələbə Şeyx Hadi, Şeyd Sədra, Əbülüla — Şeyx Sənanın yaxın dostları Şeyx Mərvan — təkgözlü, ortayaşlı bir şəxs Şeyx Nəim -Şeyx Mərvanın məsləkdaşı Şeyx Əbülləhyə, Şeyx Cəfər — orta yaşlı, iki zahidməslək dost. Oğuz, Özdəmir — iki gürbüz dəliqanlı Dərviş — nurani bir ixtiyar Xumar (Tamara) — olduqca gözəl və məsum ruhlu bir gürcü qızı Nina — Xumarın rəfiqəsi Anton, Simon — iki yaraşıqlı dəliqanlı Platon — Xumarın babası Serqo — Platonun xidmətçisi Papas — sağlam bədənli, mühib simalı bir keşiş
Ədəbiyyat
İstinadlar
Video "Şeyx Sənan" teatr tamaşası (2009) Məmmədəli Əliyev — "Şeyx Sənan" tamaşasından "Kor ərəbin mahnısı" -musiqi: Fikrət Əmirov
Kateqoriya:1914-cü ilin pyesləri Kateqoriya:Hüseyn Cavidin pyesləri Kateqoriya:Faciələr Kateqoriya:Azərbaycan dilində pyeslər Kateqoriya:Azərbaycanda nümayiş olunan teatr tamaşaları Kateqoriya:XX əsr pyesləri Kateqoriya:Azərbaycan dramları Kateqoriya:Hüseyn Cavidin faciələri