Amsarqışlaq — Azərbaycan Respublikasının Quba rayonunun Zərdabi qəsəbə inzibati ərazi dairəsində kənd. Barlı bələdiyyəsinin tərkibindədir.

Toponimikası Amsarqışlaq oyk., mür. Qusar maili düzənliyindədir. Amsar kəndindən köçüb gələnlər tərəfindən salınmışdır. Oykonim Amsar (oyk.) və qışlaq (qış mənzili) sözlərindən düzəlib, "Amsar kəndinə aid qışlaq yeri" deməkdir. 1933-cü ildə Amsarqazma kimi qeydə alınmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 844 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax Quba rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Quba rayonunun kəndləri