Mirzə Məhəmmədəli xan Mirzə Məhəmmədhüseyn xan oğlu Zəkaülmülk Füruği () — İranın baş naziri.
Həyatı Məhəmmədəli Mirzə Məhəmmədhüseyn xan oğlu Füruği 1877-ci ildə İranın Tehran şəhərində doğulmuşdu. Atası Mirzə Məhəmmədhüseyn xan əslən İsfahanlı idi. Nasirəddin şah Qacarın yaxınlarından olmuşdu. Məhəmmədhəsən xan Müqəddəmin nazirliyi dövründə çalışmışdı. Ərəb dilindən tərcümələr edirdi.
Məhəmmədəli Füruği Tehran Darülfünunu bitirmişdi. Ədəbiyyatla, jurnalistika ilə məşğul olmuşdu. Sonra siyasətə başlamışdı.
Fars millətçiliyinin və Rza Pəhləvinin iqtidara gəlməsində Məhəmmədəli Füruğinin müstəsna rolu olmuşdur. Məhəmmədəli Füruği əslən Bağdadlı bir yəhudi idi. Onun atası Zəkaülmülk İranın məşhur ziyalılarından, Mason təşkilatının qurucularından, Qərb və İngilispərəst siyasətin tərəfdarlarından biri idi. Məhəmmədəli Füruği Mason təşkilatının nizamnaməsini Fransız dilindən farscaya tərcümə etmişdi. O, Qacarların devrilməsində və Pəhləvilərin hakimiyyətə gəlməsində böyük rol oynamışdı.
Məhəmmədəli Füruği 1942-ci ildə Tehran şəhərində vəfat edib.
İstinadlar
Həmçinin bax İranın baş nazirləri İran Xarici İşlər nazirləri
Xarici keçidlər
Kateqoriya:İran siyasətçiləri Kateqoriya:İran baş nazirləri Kateqoriya:İran parlamentinin üzvləri Kateqoriya:İranın Türkiyədəki səfirləri Kateqoriya:İranın xarici işlər nazirləri Kateqoriya:İranın ədliyyə nazirləri Kateqoriya:XX əsr İran yazıçıları Kateqoriya:İran baş nazirləri Kateqoriya:İranın ədliyyə nazirləri Kateqoriya:XX əsr İran yazıçıları Kateqoriya:SSRİ Elmlər Akademiyasının fəxri üzvləri Kateqoriya:XX əsr İran siyasətçiləri Kateqoriya:İran şəxsləri