Vaqif Aslan oğlu Hüseynov () — İqtisad elmləri namizədi, Saatlı rayonu İcra hakimiyyətinin başçısı (2005–2008).

Həyatı Vaqif Aslan oğlu Hüseynov 9 oktyabr 1947-ci ildə Göyçə mahalının Çəmbərək rayonunun Ağbulaq kəndində anadan olub. Vaqif Hüseynov qonşu Toxluca kəndində I sinifə gedib, Ağbulaqda təhsilini davam etdirib və Ardanış kəndində məktəbi bitirib.

1966-cı ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı instituna daxil olub. 1971-ci ildə xalq təsərrüfatının planlaşdırılması üzrə iqtisadçı ixtisasına yiyələnib.

Bakı İdman malları fabrikində sıravi işçidən direktor müavini vəzifəsinədək yüksəlib.

1996-cı ilin oktyabrndan Azərbaycan Respublikası Kənd Təsərrüfatının Nümunəvi Özəl Təsərrüfatlarının Formalaşmasına Yardım Layihəsini Həyata keçirən mərkəzin işçi orqanına rəhbərlik etmişdir. 1999-cu ildən isə o Kənd Təsərrüfatında Özəl bölmənin inkişafına Yardım agentliyinin rəhbəri vəzifəsini icra etmişdir.Eldar İsmayıl. "Oğuz yurdun övladları". Bakı, "Təbib", 1999. səh.342

13 dekabr 2005-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə Vaqif Aslan oğlu Hüseynov Saatlı rayon İcra hakimiyyətinin başçısı təyin edilibVAQİF HÜSEYNOV SAATLININ İCRA BAŞÇISI OLDU .

25 aprel 2008-ci ildə prezident İlham Əliyevin 2775 saylı sərəncamı ilə V. A. Hüseynov Saatlı Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdir.

Mənbə Eldar İsmayıl. "Məndən ötrü Ermənistan yoxdu, yox". Bakı, "Nurlan", 2002. səh.182-də Eldar İsmayıl. "Vətənimdir Azərbaycan". Bakı, "Elm və təhsil", 2012. səh.36-da

İstinadlar

Kateqoriya:Saatlı Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvləri