Mais İsmayıl oğlu Səfərli () — Azərbaycan Yurddaş Partiyasının qurucusu və ilk sədri, Azərbaycan Respublikasının Milli Məclisi II çağırış deputatı

Həyatı 1958-ci il mayın 5-də Qubadlı rayonunun Məlikəhmədli kəndində anadan olmuşdur. 1975-ci ildə Bakıda orta məktəbi, 1982-ci ildə isə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir. Təhsilini bitirdikdən sonra fəhlə kimi çalışmağa başlamışdır.

Mais Səfərli 1975-ci ildən Azərbaycan Televiziya və Radio Şirkətində çalışmağa başlamışdır.

Mais Səfərli evli olmuşdur, 3 uşağı var. 7 dekabr 2020-ci il tarixində koronavirusdan vəfat edib.

İctimai-siyasi fəaliyyəti Mais Səfərli "Yurddaş" və "Vışka" qəzetlərində çalışmışdır. O, 1988–1992-ci illərdə "Yurddaş" Cəmiyyətinin sədri, 1993-cü ildən ölümünədək isə Azərbaycan Yurddaş Partiyasının sədri olmuşdur.

1995-ci il parlament seçkilərində Mais Səfərli Azərbaycan Xalq Cəbhəsi Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında 7-ci sırada olmuşdur. Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkilərdə proporsional siyahı üzrə 346 192 (9.6%) səs toplayaraq siyahısından ilk 3 nəfərin deputat seçilməsinə nail olmuşdur. Beləliklə, Mais Səfərli deputat seçilə bilməmişdir.

Mais Səfərli 2001-ci il yanvarın 7-də 9 saylı Xətai birinci seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvü olmuşdur. Evli olmuşdur, 2 övladı var.

İstinadlar

Kateqoriya:Azərbaycan Milli Məclisinin II çağırış deputatları Kateqoriya:Azərbaycan siyasi partiyalarının sədrləri