Almaniyanın Düsseldorf şəhərində yerləşən Heinrich Heine Universiteti (), 1797-ci ildə Düsseldorfda anadan olmuş alman şair və siyasi mütəfəkkiri Henrix Heynenin adını daşıyır. Universitet 1965-ci ildən sadəcə tibb fakültəsi ilə Tibb Akademiyası kimi fəaliyyətə başlasa da, hazırda universitetdə hüquq, tibb, psixologiya, riyaziyyat və təbiət elmləri, həmçinin iqtisadiyyat fakültələri var. 2015-ci ilin yay semestri göstəricilərinə görə universitetdə 29.368 tələbə təhsil alır. Universitetin rektoru xanım Anya Ştaynbekdir. O, 1 noyabr 2014-cü ildən etibarən universitetə rəhbərlik edir. Universitetin illik büdcəsi 347 milyon avro (2013) təşkil edir.
2008-ci ildə Tibb üzrə Nobel mükafatına layiq görülmüş Harald zur Hausen bu universitetdə tibb üzrə doktorluk müdafiə etmişdir.
İstinadlar
Kateqoriya:Almaniya universitetləri Kateqoriya:Düsseldorfda təhsil Kateqoriya:1965-ci ildə yarananlar