Fikrət Babayev () — Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi (1998–2012).
Həyatı 1 iyul 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun (indiki Kəngərli rayonu) Qıvraq kəndində anadan olmuşdur. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.
1967-ci ildən Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində Daxili İşlər Nazirliyinin müstəntiqi vəzifəsində fəaliyyətə başlamışdır. 1967-ci ildən 1975-ci ilədək Daxili İşlər Nazirliyində müstəntiq, 1975–1978-ci illərdə Daxili İşlər Nazirliyinin şöbə rəisinin müavini, 1978-ci ildən 1981-ci ilədək Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İstintaq şöbəsinin rəisi vəzifəsində, 1992-ci ildən 1998-ci ilədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstintaq idarəsinin rəis müavini vəzifəsində işləmişdir.
14 iyul 1998-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdur.
Azərbaycan Respublikasının qəbul olunmuş bir sıra qanunvericilik aktlarının hazırlanmasında fəal iştirak etmişdir.
2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. Ailəlidir dörd övladı var.
2012-ci il oktyabrın 8-də prezident İlham Əliyev Konstitusiya Məhkəməsinin hakimi Fikrət Babayevin səlahiyyətlərinə xitam verilməsi haqqında sərəncam imzalayıb.
30 sentyabr 2013-cü ildə ürək tutmasından vəfat edib.
Ailəlidir, dörd övladı var.
İstinadlar
Kateqoriya:Azərbaycanlı hüquqşünaslar Kateqoriya:Azərbaycan hüquqşünasları Kateqoriya:Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimləri