Vahid Abdulla oğlu Musayev () — Azərbaycan Respublikası müdafiə naziri (səlahiyyətlərin icraçısı) (avqust 1993), general-mayor.

İlk illəri və təhlisi Vahid Abdulla oğlu Musayev 15 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olub.

1955-ci ildə 176 №-li orta məktəbə getmiş, 1966-cı ildə həmin məktəbi fərqlənmə ilə bitirmişdi.

1966-cı ildə Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə qəbul olub və 1971-ci ilədə fərqlənmə diplomu ilə həmin fakültəni bitirib.

1978–1981-ci illərdə Leninqrad Ali Hərbi Akademiyasında təhsil alıb.

Fəaliyyəti 1971-ci ildən zabit kimi Gürcüstan SSR-də hərbi xitmətə başlamışdı. Gürcüstanda xidmətdə olarkən hərbi karyerasını davam etdirmək qərarına gəlib.

1981–1984 Gürcüstan (Axalkalakidə), 1984–1986 Afrika (Maputu), 1986–1988 Ukrayna (Jitomir), 1988–1990 Ukraynada (Vladimir-Volınskiy) hərbi xidmətdə olmuşdur.

Vladimir-Volıniski vilayətindən 1990-cı ildə deputat seçilib.

1992-ci ildən Azərbaycan Müdafiə Nazirliyində hərbi xidmətdə olmuşdur.

Azərbaycan Respublikası müdafiə nazirinin müavini və müdafiə naziri olmuşdur (1993).

8 yanvar 1999-cu ildə Qobustan həbsxanasında təşkil olunmuş qiyam zamanı qətlə yetirilib.

Həmçinin bax Qobustan qiyamı (1999)

İstinadlar

Mənbə Qobustanda məhbus qiyamının pərdəarxası – Öldürülən general necə nazir olmuşdu? V. A. Musayev haqqında V. A. Musayevin general-mayor əsgəri rütbəsinin aşağı salınması haqqında V. A. Musayev haqqında

Xarici keçidlər

Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan hərbçiləri Kateqoriya:Azərbaycanlı hərbçilər Kateqoriya:Azərbaycanın müdafiə nazirlərinin müavinləri Kateqoriya:Azərbaycan Respublikasının müdafiə nazirləri Kateqoriya:Üstü açılmamış cinayətlər Kateqoriya:Azərbaycanda məhbuslar və məhkumlar Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Qətl qurbanları