Əlizadə Əli Oqtay oğlu () — Teatr və kino aktyoru."Milli mimçilər". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 42–43.
Həyatı 1984-cü ildə Bakıda doğulub. 2001-ci ildə 42 saylı məktəbi, 2006-cı ildə isə Mədəniyyət və İncəsənət Universitetini bitirib.
2005–2016-cı illərdə Azərbaycan Dövlət Pantomima teatrında aktyor kimi çalışıb. Teatrın "Zibillik pərvanələri", "Eşq" "Dəli Domrul" (Dədə Qorqud), "Tıq Tıq xanım" (Nəqlçi) "Qaranlıq"(Kabus) " Dulusçu" (Mim), "Pantomima buketi", ""No comment" "Ora Bura" " Həqiqətmi" " Son ştrix" "Hamlet" (Hamlet) kimi tamaşalarında müxtəlif rollarda oynayıb.
2015-ci ildən Rebus müstəqil teatrının aktyorudur.
2019-cu ildə Rusiyanın Moskva şəhərində Yay aktyorluq məktəbində iştirak edib və Rusiya Teatr xadimləri ittifaqının diplomunu alıb.
2023-cü ildən Pantomim teatrında çalışır.
Qoqolun Şinel povesti əsasında Ceyhun Dadaşovun hazırladığı "Şİnel" pantomim plastik tamaşasında oynayıb.
2024-cü ildə Romeo və Cülyetta plastik tamaşasında Romeo rolunu oynayıb.
Mükafatları 7 may 2026-cı ildə Prezident Mükafatına layiq görülmüşdür.
Filmoqrafiya "Günaydın Mələyim" ( t\m, bədii, rej. Oqtay Mirqasımov) (2006) - teatr aktyoru "Asəf" (q\m, sənədli, rej. Vüsal Həmdullayev) - Asəf Zeynallı "İmtahan" (Teleserial, rej.Ramin Nəbiyev) - Ülvi "Sizə məktub var" (q\m, bədii, 2019) - Nadir "Xarqo" (q\m rej. Mikayıl Mikayılov) - Əhmədiyyə Cəbrayılov Suğra və oğulları (t\m bədii, rej. İlqar Nəcəf - Kamança ifaçısı Əqrəb mövsümü (teleserial, 2022) - Elnur Çılpaq filmi (icraçı prodüser) Həmrəylik günü (t\m, bədii film, 2022, rej. Emil Quliyev) Rejissor versiyası (q\m, bədii 2023) Bəlkə də... (film, 2025) Tağıyev. Sona (film, 2025)
İstinadlar
Xarici keçidlər Əli Əlizadə: "Öpüşməyə, intim səhnələrə normal baxmalıyıq" — Müsahibə
Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları