Arslan Taman xaqanQumilyov, Lev (1993), Qədim Türklər, s.135 və ya Heşana xaqanVictor Cunrui Xiong (2008), Historical Dictionary of Medieval China, Scarecrow Press, s. 95. — Qərbi Göytürk xaqanlığının hökmdarı.

Hakimiyyəti Xaqan olanda hələ yeriyə bilmirdi. Onun adından dövləti iki əyan idarə edirdi. Anası Hsianşi onu atıb Çinə getmişdi. Əyanlar beşinci və səkkizinci aylarda Altay dağlarındakı mağaralarda babalarının ruhlarına qurban təqdim edirdi. 605-ci ildə xaqanın kiçikliyindən istifadə edən teleutlar üsyan qaldıraraq onun ordularını məğlub etdi. 610-cu ildə xaqana qarşı yeni üsyan baş verdi. Yanq Soux Teginin oğlu Şekuy xaqan elan olundu. Taman Çinə qaçdı.

Ölümü 619-cu ildə Çində Şərqi Göytürklərin bir casusu tərəfindən öldürüldü.

İstinadlar

Kateqoriya:Qərbi Göytürk xaqanları Kateqoriya:Aşina ailəsi