Davud Azad () — iranlı müğənni və bəstəkar. Daha çox klassik avropa musiqisi ilə İran musiqisinin sintezini özündə cəmləyən "Ruminin divanı və Bax" albomu ilə tanınıb.

Həyatı və fəaliyyəti Davud Azad 6 oktyabr 1963-cü ildə Urmiyada, azərbaycanlı ailədə anadan olub. 19 yaşında musiqi ilə məşğul olmağa başlayıb. 25 yaşında olanda ilk kasetləri işıq üzü görür. "Maktabe Tar Tabriz" adlanan bu lent yazısı o dövrdə bir çoxları üçün tarda ifa etmək üçün standarta çevrilir. Sufi musiqiləri ifa etməkdən və bəstəkarlıqdan başqa tar, sitar, tənbur, ud, dəf, və rübab kimi musiqi alətlərində də ifa edə bilir. Son 30 ildə keçirilinə bütün sufi yığıncaqlarında iştirak edib və Ruminin sözlərinə bəstələdiyi musiqiləri ifa edib. Bütün dünya üzrə Avropada, Şimali Amerikada, Latın Amerikasında, Avstraliyada, Hindistanda, Yaponiya və Butanda 300-dən çox festival və konsertlərdə iştirak edib. Davud Azad Oksford Universitetinə İran musiqisi və onun növləri haqqında mühazirə demək üçün çağırılmış ilk iranlı mühazirəçidir. Onun "Ruminin divanı və Bax" albomu iran musiqisi ilə klassik qərb musiqisinin ilk sintezi sayılır. Bu albomda ifa olunan musiqilər bir çox beynəlxalq festivallarda və radiolarda səsləndirilib. 

İştirak etdiyi beynəlxalq musiqi festivalları Norveçdə keçirilən "Sülh" festivalı Şotlandiyada keçirilən "Ruhani Musiqi Festivalı" "Art in Action" festivalı "Sacred Voices" festivalı "No mind" festivalı İstanbul 35-ci Beynəlxalq Musiqi Festivalı Parisdə keçirilən "Mond Arabe" festivalı

Xarici keçidlər Davud Azadın rəsmi vebsaytı 35-ci İstanbul Beynəlxalq Musiqi Festivalında çıxışı Davud Azadın müsahibəsi

İstinadlar

Kateqoriya:Urmiyada doğulanlar Kateqoriya:İran azərbaycanlıları Kateqoriya:Urmiyalılar