Frida () — Salma Hayekin oynadığı Meksika rəssamı Frida Kahlonun həyatından bəhs edən bioqrafik dram filmi. 2002-ci ildə "Frida" iki Oskar mükafatı qazanmışdır.
Məzmun 1922-ci ildə 18 yaşında Frida taxta gövdəli avtobusda olarkən avtobus tramvay ilə toqquşur. Metal çubuq onun bədəninə sancılır və aldığı yaralar həyatı boyu onun üçün ağrı mənbəyi olur. Başını qatması və bir az özünü xoşbəxt hiss etməsi məqsədiylə atası ona yataqda rəsm çəkməsi üçün tuval verir.
Bir müddətdən sonra gəzmək qabiliyyətini geri qazanan Frida əsa ilə normal yeriməyə başlayır. Yaşadıqları üzündən ruhdan düşməyən Frida əsərlərini Dieqo Riveraya apararaq bunları qiymətləndirməsini istəyir. Dieqo Fridanın əsərləri çox bəyənir və ikisi arasında sevgi hissi yaranır. Dieqo Fridaya evlilik təklif edəndə Frida ondan ömür boyu sədaqət tələb edir. Ancaq evlilikləri boyunca Dieqonun bir çox qadınla əlaqəsi olur. Biseksual olan Fridanın da bir çox qadın və kişi ilə əlaqəsi olur. Hətta o, bir dəfə Dieqo ilə sevgi macərası yaşayan bir qadınla da əlaqədə olur.
Cütlük divar rəsmləri çəkmək təklifini qəbul edərək 1934-cü ildə Nyu-Yorka köçürlər. Frida ABŞ-də yaşayarkən uşağını doğmadan itirir, bunun ardınca isə anasının ölüm xəbərini alır və Meksikaya yola düşür. Kommunist olan Dieqo divarlarda kommunist ideyalarını təsvir edir. Dieqodan bunları dəyişdirməsi istənilsə də, ideologiyasına sadiq qalan Dieqo bundan imtina edir. Buna görə də rəsmlər dağıdılır. Bundan sonra cütlük Meksikaya geri dönür.
Fridanın xaç atasının qızı Kristina Dieqoya işlərində kömək etmək üçün Fridanın evinə köçür. Qısa müddətdə sonra Frida Kristina ilə Dieqo arasında gizli eşq olduğunu kəşf edir. Buna görə Dieqonu tərk edir və ailəsinin yanına köçür. Orada alkoqolizmə qurşanır. Cütlük yenidən bir bayramda görüşür və münasibətləri düzəlir. Dieqo siyasi düşüncələri üzündən təqiblərə məruz qalan dostu Lev Trotki və onun arvadının evlərində qalası üçün Fridanı razı salır. Gəzinti sırasında Lev Trotki Fridanın əsərlərinə vurğunluğunu açıqlayır və ikisi arasında gizli sevgi yaranır. Ancaq Levin arvadı bundan xəbər tutur və ərini Fridanın evini tərk etməyə məbur edir. Təhlükəsiz evdən çıxan Lev sui-qəsd nəticəsində öldürülür. Polis bu cinayətdə Dieqonu təqsirkar bilir və onu axtarmağa başlayır. Onu tapa bilməyən polislər Fridadan onun yerini soruşduqda Frida Dieqonun yerini bilmədiyini deyir. Fridaya təzyiq göstərmək məqsədiylə onu qısamüddətli həbs edirlər. Frida həbsxanada olanda Kristina onu ziyarət edir və onlar barışırlar.
Sonrakı gedişatda həkim Fridanın ayaq barmağının qanqren olduğunu görür və onu amputasiya edir. Dieqo Fridaya yenidən evlilik təklifi edir, Frida isə qəbul edir. Fridanın səhhəti get-gedə daha da pisləşir və bu dəfə ayağı amputasiya olunur. 1953-cü ildə Frida yatağı ilə öz sərgisində iştirak edə bilməsi üçün muzeyə daşınır.
Film Fridanın yatağında alovlar tərəfində məhv edilərkən olan təsviri ilə başa çatır.
Ad Rol Qeydlər Salma Hayek Frida Kahlo Alfred Molina Diego Rivera Ceffri Raş Lev Trotski Mia Maestro Cristina Kahlo Eşli Cadd Tina Modotti Antonio Banderas David Alfaro Siqueiros Edvard Norton Nelson Rockefeller Ameliya Sapata Maid Alexandro Usiqli professor Diyeqo Luna Alejandro Gonzalez Arias Lolo Navarro Nanny Lüsiya Bravo Auditoriadakı Model Marqarita Sans Natalia Sedova Patrisiya Reyes Spindola Matilde Kahlo Rocer Ris Guillermo Kahlo Valeriya Qolino Lupe Marín Ömər Rodriges André Breton Felipe Fulop Jean Van Heijenoort Saffron Burrous Gracie
Mükafatlar Mükafat Kateqoriya Resipient Nəticə Oskar mükafatı Best Actress in a Leading Role Salma Hayek NominatedBest Art Direction Felipe Fernández del Paso, Hania Robledo NominatedBest Costume Design Julie Weiss NominatedBest Makeup John E. Jackson and Beatriz De Alba Best Original Score Elliot Goldenthal Best Original Song ("Burn It Blue") Julie Taymor, Elliot Goldenthal Nominated Qızıl Qlobus mükafatı Best Actress – Motion Picture Drama Salma Hayek NominatedBest Original Score Elliot Goldenthal Britaniya Akademiya Film mükafatı Best Performance by an Actress in a Leading Role Salma Hayek NominatedBest Performance by an Actor in a Supporting Role Alfred Molina NominatedBest Costume Design Julie Weiss NominatedBest Make Up/Hair Judy Chin, Beatriz De Alba, John E. Jackson, Regina Reyes Screen Actors Guild Awards Outstanding Performance by a Female Actor in a Leading Role Salma Hayek NominatedOutstanding Performance by a Male Actor in a Supporting Role Alfred Molina Nominated
İstinadlar
Xarici keçidlər Archives of the Official site
Kateqoriya:Kanada filmləri Kateqoriya:ABŞ filmləri Kateqoriya:Meksika filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Dram filmləri Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:2002-ci ilin filmləri Kateqoriya:Ən yaxşı qrimə görə Oskar mükafatı alan filmlər Kateqoriya:Rəssamlar haqqında filmlər Kateqoriya:Kanadanın macəra filmləri Kateqoriya:Kanadanın dram filmləri Kateqoriya:1920-ci illər haqqında filmlər Kateqoriya:LGBT mövzulu ABŞ filmləri Kateqoriya:Fransızca filmlər Kateqoriya:2002-ci ilin ABŞ filmləri Kateqoriya:Miramax filmləri Kateqoriya:Sputnik mükafatı qazanmış filmlər Kateqoriya:Bioqrafik əsərlərin ekranlaşdırılması Kateqoriya:BAFTA qalibləri (filmlər) Kateqoriya:İngilis dilində bioqrafik dram filmləri Kateqoriya:ABŞ Milli Film Reyestrinin qeydiyyatına alınmış filmlər Kateqoriya:2002-ci ilin dram filmləri Kateqoriya:Qadın biseksuallığı haqqında filmlər Kateqoriya:Ən yaxşı musiqiyə görə Oskar mükafatı qazanmış filmlər Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:1940-cı illər haqqında filmlər Kateqoriya:1950-ci illər haqqında filmlər Kateqoriya:Rusca filmlər Kateqoriya:Nyu-York haqqında filmlər Kateqoriya:Romantik filmlər Kateqoriya:Dramlar Kateqoriya:2000-ci illərin ingilis dilli filmləri Kateqoriya:ABŞ-nin bioqrafik dram filmləri Kateqoriya:Rəssamlar haqqında bioqrafik filmlər Kateqoriya:1930-cu illər haqqında filmlər Kateqoriya:İspanca filmlər Kateqoriya:1910-cu illər haqqında filmlər