Aleksandr İvanoviç Tarasov (Taras və T-killah təxəllüsləri ilə tanınır; 30 aprel 1989, Moskva) — rus rep/hip-hop/R’n’B ifaçısı. 2010-cu ildə «Над землей» mahnısı ilə tanınmışdır. Bu mahnını o ilk dəfə duet şəklində məşhur müğənni - Anastasiya Koçetkova ilə ifa edir.
Həyatı Aleksandr 30 aprel 1989-cu ildə Moskvada anadan olmuşdur. O, Daxili İşlər Nazirliyinin İqtisadi Təhlükəsizlik Akademiyasında, sonra isə Moskva İqtisadiyyat məktəbində təhsil alıb. Amma onun uşaqlıq arzularından biri musiqiçi olmaq idi. Buna görə də o musiqi təhsili alır. Səhnə təxəllüsü olan T-killah-ı Aleksandr eyniadlı içki ilə (tekila) uğursuz tanışlığından sonra götürüb.
Aleksandrın əsas hobbiləri - musiqi və idman, xüsusilə - futbol və basketboldur. Aleksandr həmçinin boksla və 7 il ərzində peşəkar voleybolla məşğul olub. Məhz yaxşı fiziki formasının olması sayəsində, aktyor ekstremal şou olan "Qəddar oyunların" 3-cü mövsümünün çəkilişlərinə dəvət alıb.
Videokliplər 2009 — «До Дна (Əsas)» 2010 — «Радио» (Maşa Malinovskaya ilə duet) 2010 — «Над Землей» (Anastasiya Koçetkova ilə duet) 2010 — «Задай вопрос» ((Anna Korçakovska) ilə duet) 2011 — «Не забывай» (Olqa Buzova) ilə duet]] 2011 — « Катя на Бугатти» (DJ Mike ilə birgə) 2011 — «Вернись» (Loia ilə birgə) 2012 — Mirror Mirror (Vika Dayneko iştirakı ilə) 2012 — «Boom Boom» (Mito ilə birgə) 2013 — «Я буду рядом» (Lena Katina ilə birgə)
Şəkillər
Xarici keçidlər
T-killah-nın rəsmi saytı Погоня за T-killah Rəsmi fan-klub T-killah
Kateqoriya:Rusiya müğənniləri Kateqoriya:Moskvada doğulanlar Kateqoriya:Rusiya repçiləri