Səməndər Mənsim oğlu Rzayev () — Azərbaycan teatr və kino aktyoru, qiraət ustası, Azərbaycan SSR əməkdar artisti (1974), Azərbaycan SSR dövlət mükafatı laureatı (1980).
Həyatı Səməndər Rzayev 2 yanvar 1945-ci ildə Ağsuda anadan olub. O, Ağsu rayonundakı dram dərnəyində fəaliyyət göstərib. 1964-1968-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Onun sənət müəllimləri Rza Təhmasib, Mehdi Məmmədov, Adil İsgəndərov olublar. 1968-ci ildə, institutun son kursunda oxuyarkən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasına baş rejissor Tofiq Kazımovun dəvəti ilə qəbul edilib. Onun ilk rolu Uilyam Şekspirin "Hamlet" faciəsinin tamaşasında Horatsio olub.
Aktyor Rəşid Səməndər və teatrşünas Rübabə Rzayevaın atasıdır.
Aktyor 27 mart 1986-cı ildə Bakı şəhərində vəfat edib. Yasamal qəbiristanlığında dəfn olunub.
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı – 1 iyun 1974 Azərbaycan SSR dövlət mükafatı – 1980
Filmoqrafiya
İstinadlar
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53. Hüseynov, F. "Bu kino ki var…": Unudulmaz aktyor Səməndər Rzayevin xatirəsi yad edildi: [Dövlət Film Fondunda] //Mədəniyyət. — 2015.- 6 mart.- S.5. Kazımzadə, A. Kral Aktyor: [Əməkdar artist Səməndər Rzayev haqqında] //Kaspi.- 2015.- 14–16 mart.- S.14.
Xarici keçidlər "Bu başlıq atamın ruhuna ən böyük həqarətdir"-Səməndər Rzayevin qızı DANIŞDI
Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Ağsuda doğulanlar Kateqoriya:Yasamal qəbiristanlığında dəfn olunanlar Kateqoriya:SSRİ aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:SSRİ şəxsləri