Müqtədir Aydınbəyov () — inqilabçı
Həyatı 1884-cü ildə Samur dairəsinin Axtı kəndində anadan olmuşdu. 1898-ci ildə iş ardınca Bakı şəhərinə gəlmişdi. Salam Aydınbəyov atasıdır.
Müqtədir Aydınbəyov 1907-ci ildə neft-mədən fəhlələri arasında apardlığı inqilabi fəaliyyətinə görə beş il müddətinə Arxangelsk diyarına sürgün olunmuşdur. O zaman o, Balaxanıda tətil komitəsinə rəhbərlik edirdi. Müqtədir Aydınbəyov ikinci dəfə həbsə alınaraq Bayıl türməsinə salınmışdı. 1918-ci ildə Bakı Kommunası partiya təşkilatı tərəfindən Sovet hakimiyyətini bərpa etmək tapşırığı ilə Quba şəhərinə göndərilmiş və burada müsavatçılar tərəfindən öldürülmüşdür.
İstinadlar
Kateqoriya:Azərbaycan inqilabçıları Kateqoriya:Bolşeviklər