Qambay Ələsgər oğlu Məmmədov (; ) — 1963–1976-cı illərdə Azərbaycan SSR-nin Baş Prokuroru.
Fəaliyyəti 1963-cü ilədək SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin istintaq idarəsində çalışmış, 1971–1974-cü illərdə Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatı, 1975–1980-ci illərdə Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı olmuşdur. 1963-cü ildən isə prokuror vəzifəsinə gəlmişdir. Qambay Məmmədovun 2-ci Dünya müharibəsində Stalinqrad döyüşlərində iştirakı, qəhrəmanlıq göstərməsi onun üstünlüyü sayılırdı. 1 iyun 1976-cı ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi əmri ilə "prokuror-istintaq işinin təşkili, qanunçuluğa prokuror nəzarətinin həyata keçirilməsi işində ciddi nöqsanlara, prokurorluq orqanlarında kadrların həyata keçirilməsi və yerləşdirilməsi işində yarıtmaz vəziyyətə görə" işindən azad edilmişdi. 18 yanvar 1979-cu ildə isə Sovet İttifaqı Kommunist Partiyası üzvlüyündən xaric edilmişdi. 11 oktyabr 1989-cu ildə ona qarşı irəli sürülən ittihamlar qüvvədən düşdüyü üçün yenidən üzvlüyə bərpa edilmişdi. Həmin il noyabrın 20-si onun işindən azad edilməsi məsələsi də qanunsuz sayılaraq pensiya təyin edilmişdi.
Qambay Məmmədovun vəzifələrinin əlindən alınması və partiyadan qovulmasını özünün Heydər Əliyevlə münaqişəsi ilə əlaqələndirirdi. Moskovskiye Novosti qəzetinə müsahibəsində Heydər Əliyevin İkinci Dünya müharibəsindən fərari kimi qaçdığını iddia etmişdi:Moskovskiye Novosti, Say: 48, 28 noyabr 1989
Heydər Əliyev bu hadisə haqqında Andrey Karaulova müsahibəsində "verdiyim ədalətli cəzaya görə şəxsən məndən intiqam alırlar. Təəssüflər olsun ki, onlar indiki respublika rəhbərliyi tərəfindən dəstəklənirlər" ifadəsini işlətmişdi. Məmmədovun iddialarını böhtan adlandıran Əliyev, həmin dövrlərdə Naxçıvan XDİK-da arxiv şöbəsinin məxfi hissəsinin müdiri vəzifəsində, sonra Muxtar Respublikanın XKS-də şöbə müdiri vəzifəsində, 1944-cü ildən isə XDİK-DTN-DTK orqanlarında çalışdığını demişdi.
3 aprel 1979-cu ildə Qambay Məmmədova verilmiş "Azərbaycan SSR əməkdar hüquqçusu" adı əlindən alınmışdı. Bu ad ona ancaq Ayaz Mütəllibov tərəfindən 1990-cı ildə bərpa edilmişdi. 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə seçkilərdə Ağdamdan namizəd olmuşdur.
Qambay Məmmədov 1990-cı illərdə Bakıda vəfat edib.
İstinadlar
Kateqoriya:Azərbaycan hüquqşünasları Kateqoriya:Azərbaycanlı hüquqşünaslar Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan prokurorları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR əməkdar hüquqşünasları