Pavel Sergeyeviç Qraçov () — Rusiyanın müdafiə naziri (1992–1996), ordu generalı, Sovet İttifaqı Qəhrəmanı.
Həyatı Pavel Qraçov 1 yanvar 1948-ci ildə Tula vilayətində doğulub. SSRİ Silahlı Qüvvələrində vzvod, rota, batalyon, polk, diviziya komandiri olub. Əfqanıstan müharibəsində iştirakına görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
1990–1991-ci illərdə SSRİ Hava Desant Qoşunlarının komandanı olub, daha sonra Rusiya müdafiə nazirinin birinci müavini vəzifəsini tutub. 1992–1996-cı illərdə Rusiyanın müdafiə naziri vəzifəsində çalışıb.
Müdafiə naziri postunu tərk edəndən sonra Pavel Qraçov "Rosvoorujeniya" və "Rosoboroneksport"da xidmət edib. 2007-ci ildən, Silahlı Qüvvələrdən tərxis olunandan bəri Popov adına Radio Zavodunda (Omsk) baş direktor müşaviri idi.
Pavel Qraçov 2012-ci il sentyabrın 23-ü Moskva vilayətində vəfat edib. O, sentyabrın 12-dən Müdafiə Nazirliyinin hərbi hospitalında, reanimasiya şöbəsində müalicə olunurmuş.
İstinadlar
Kateqoriya:Sovet İttifaqı Qəhrəmanları Kateqoriya:Əfqanıstan müharibəsi (1979–1989) iştirakçıları Kateqoriya:Rusiyada doğulanlar Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:SSRİ general-polkovnikləri Kateqoriya:Çeçen müharibələrinin iştirakçıları