Qulam Məşədi Kazım oğlu İsgəndərov () — Azərbaycan vokalçı-aktyoru, Azərbaycan SSR əməkdar artisti (1940).
Həyatı O, sentyabr 1901-ci ildə Şamaxının Sarıtorpaq məhəlləsində anadan olmuşdur. Atası Məşədi Kazım, Şirvanda tanınmış xanəndə olub, 1902-ci ildə Bakıda keçirilən Şərq konsertlərində iştirak etmişdir. 1902-ci ildən sonra, Şamaxıda baş verən dəhşətli zəlzələdən sonra Məşədi Kazım ailəsini Bakıya köçürmüşdür. Lakin o, uzun ömür sürməyərək 1914-cü ildə vəfat etmişdir.
Qulam İsgəndərov, 1920-ci ilə qədər dayısı Məhəmmədin himayəsində yaşamışdır. Dayısının Sabunçuda Sallaqxanası olduğu üçün Qulam da orada dayısına kömək edirdi. 1920-ci ildə Azərbaycanda Sovet hökuməti qurulduqdan sonra Məhəmməd kişi tutulmuş, onun iki oğlunun taleyi isə sonralar naməlum qalmışdır.
Ailəsi Sənətkarın ailə üzvləri də incəsənət sahəsində tanınmış şəxslər olmuşlar. Oğlu Kamal İsgəndərov AOBT-da uzun illər aparıcı rejissor və baş rejissor vəzifələrində çalışmış, digər oğlu Abdulla İsgəndərov 41 il müddətində Dövlət Xor Kapellasının solisti kimi fəaliyyət göstərmişdir. Kiçik oğlu Kazım İsgəndərov isə rəssam olmuş və Azərbaycan İncəsənət Fondunda işləmişdir.
Vəfatı Qulam İsgəndərov 1970-ci ildə təqaüdə çıxmış, 5 aprel 1975-ci ildə Bakı şəhərində vəfat etmişdir. Qəbri Bakının Kürdəxanı qəbiristanlığındadır.
Fəaliyyəti
Onun səhnə fəaliyyətinə dair məlumatlara əsasən, sənətkar opera teatrına bəstəkar Müslüm Maqomayev tərəfindən dəvət olunmuşdur. 10 dekabr 1930-cu il tarixində AOBT-nin solisti kimi fəaliyyətə başlamışdır. Qulam İsgəndərov bir sıra klassik Azərbaycan operalarında yadda qalan obrazlar yaratmışdır. O, Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasında Vəli, "O olmasın, bu olsun"da Hambal, "Koroğlu" operasında isə ilk tamaşadan başlayaraq uzun illər ərzində Təlxək rolunun əvəzsiz ifaçısı olmuşdur. Fikrət Əmirovun "Sevil" operasında Balakişi, Süleyman Ələsgərovun "Durna" operettasında Dursun, Müslüm Maqomayevin "Şah İsmayıl" operasında Şah və Rəmmal, Şəfiqə Axundovanın "Şahsənəm" operasında Aşıq Həsən, Zülfüqar Hacıbəyovun "Əsli və Kərəm" operasında Şah obrazlarını canlandırmışdır.
Həmçinin, Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasında İbn Səlam və Məcnunun atası rollarında çıxış etmiş, gənc yaşlarında bir neçə dəfə Məcnun rolunu da ifa etmişdir. Məcnunun atası obrazında o, Azərbaycan opera səhnəsinin görkəmli sənətkarları ilə tərəf-müqabili kimi çıxış etmiş və bu roldakı ifası ilə xüsusi məharət nümayiş etdirmişdir. Onun bu rola aid ifası Dövlət Səsyazma Arxivində saxlanılan, 1957-ci ilə aid radiomontaj yazısında və qrammofon vallarında qorunub saxlanılır.
Qulam İsgəndərov 1957 və 1959-cu illərdə Moskvada keçirilmiş Azərbaycan Ədəbiyyatı və İncəsənəti ongünlüklərində də iştirak etmişdir.
Mükafatları 27 aprel 1940-cı ildə "Azərbaycan SSR əməkdar artisti" fəxri adına layiq görülmüşdür.
Səs yazıları thumb|Qulam İsgəndərov və Gülxar Həsənova — Arşın Mal Alan operettasından|center|173x173px thumb|Koroğlu operasından|center|167x167px
Rolları "Arşın mal alan operettası" — Vəli rolunda
"Leyli və Məcnun operası" — Məcnunun atası rolunda
"Koroğlu operası" — Təlxək rolunda
"Sevil operası" — Balakişi rolunda
"Durna operettası" — Dursun rolunda
"Şah İsmayıl operası" — Şah Rəmmal rolunda
"Şahsənəm operası" — Aşıq Həsən rolunda
"Əsli ve Kərəm operası" — Şah rolunda
Qalereya
İstinadlar
Kateqoriya:Şamaxıda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər