Məhəmməd ( ();; )Elizabeth Goldman (1995), p. 63, gives 8 June 632 CE, the dominant Islamic tradition. Many earlier (primarily non-Islamic) traditions refer to him as still alive at the time of the invasion of Palestine. See Stephen J. Shoemaker,The Death of a Prophet: The End of Muhammad's Life and the Beginnings of Islam, page 248, University of Pennsylvania Press, 2011. — ərəb dini, ictimai və siyasi xadimi, İslamın qurucusu və mərkəzi fiquru. İslam dininə əsasən, Adəm, İbrahim, Musa, İsa və digər peyğəmbərlərin monoteist dinlərin təbliğ etmək və təsdiqləmək üçün göndərilmiş peyğəmbər.Esposito (2002b), pp. 4–5. Məhəmməd peyğəmbər İslamın bütün əsas qollarında Allahın sonuncu elçisi olaraq qəbul edilir. O, həmçinin Ərəbistanı müsəlman hakimiyyəti altında birləşdirmişdir.

Məhəmməd peyğəmbər təqribi olaraq 570-ci ildə (Fil ili) Ərəbistan yarımadasında yerləşən Məkkə şəhərində doğulub. O, altı yaşından etibarən yetim qalmışdır. Məhəmməd peyğəmbərin babası Əbdülmütəllibin himayəsi altında böyümüşdür. Babasının ölümündən sonra isə əmisi Əbu Talibin himayəsinə keçmişdir.

Məhəmməd peyğəmbər vaxtaşırı Məkkə yaxınlığındakı Hira adlanan mağaraya gedərdi. O, 40 yaşında ikən mələk Cəbrayıl tərəfindən ziyarət edildiyini*

Encyclopedia of World History (1998), p. 452 və Allahdan ilk vəhyni aldığını bildirdi. Üç ildən sonra, 613-cü ildə,Howarth, Stephen. Knights Templar. 1985. p. 199 Məhəmməd peyğəmbər açıq şəkildə islami təbliğata başladı.Muhammad Mustafa Al-A'zami (2003), The History of The Qur'anic Text: From Revelation to Compilation: A Comparative Study with the Old and New Testaments, pp. 26–27. UK Islamic Academy. . O, elan etdi ki, "Allah birdir", Allaha təslimiyyət (islam) doğru həyat yoludur və digər islam peyğəmbərləri kimi o da Allahın elçisidir.F. E. Peters (2003), p. 9.Esposito (1998), p. 12; (1999) p. 25; (2002) pp. 4–5

Başlanğıcda, Məhəmməd peyğəmbərin ardıcılları az idi və onlar məkkəli politeistlərin düşmənçiliyinə məruz qalırdılar. O, 615-ci ildə ardıcıllarını təqibdən qorumaq üçün onlardan bəzilərini Aksum krallığına göndərdi. 622-ci ildə isə özü və ardıcılları Məkkədən Mədinəyə (əvvəl "Yəsrib" olaraq adlandırılırdı) köç etdilər. Bu hadisə, hicri təqvimi olaraq da bilinən "islami təqvim"in başlanğıcı sayılır. Həmin il Məhəmməd peyğəmbər Mədinədəki qəbilələri "Mədinə müqaviləsi" altında birləşdirdi. Məkkəlilər ilə müxtəlif aralıqlarla səkkiz il davam edən müharibələrdən sonra Məhəmməd peyğəmbər 10.000 müsəlman əsgərlə birlikdə Məkkə şəhərinə doğru hərəkətə başladı. Müsəlmanlar az itki ilə şəhərə daxil ola bildilər.

Məhəmməd peyğəmbər vida həccindən qayıtdıqdan bir neçə ay sonra, 632-ci ildə xəstələndi və vəfat etdi. Ölümünə qədər Ərəbistan yarımdasının əksəriyyəti islam dinini mənimsədi."Muhammad", Encyclopedia of Islam and the Muslim worldBax: Holt (1977a), p. 57 Lapidus (2002), pp. 31–32

Allah tərəfindən Məhəmməd peyğəmbərə göndərilən vəhylər Quran ayələrini meydana gətirmişdir. Ayələr müsəlmanlar tərəfindən "Allahın kəlamı" adlandırılır və dinin əsası olaraq qəbul edilir. Qurandan başqa, Məhəmməd peyğəmbərin hədislərdə və siyərlərdə yer alan təlimləri və tətbiqləri (sünnə) islam hüququnun mənbələri olaraq istifadə edilir (bax: şəriət).

Məhəmməd peyğəmbərin adı tarixdə 100 ən nüfuzlu şəxs siyahısında 1-ci yerdədir.

Qurandaki adları və titulları right|thumb|İslam xəttatlığında sülus xətti ilə "Məhəmməd" adının yazılışı Məhəmməd adı Quranda dörd dəfə keçir və "tərifə layiq" mənasına gəlir."Muhammad" . Random House Webster's Unabridged Dictionary. Həmçinin, Quranda Məhəmməd peyğəmbərə ikinci şəxs olaraq müxtəlif adlarla müraciət edilir: elçi, peyğəmbər, Allahın qulu, xəbərçi (bəşir), şahid, müjdəçi (mübəşşir), xəbərdarlıq edən (Nazir), xatırladan (müdhəkkir), Tanrıya dəvət edən, Nur və işıq saçan lampa.

Həyatından bəhs edən mənbələr Məhəmməd peyğəmbər və onun müasirləri ilə bağlı ən diqqət çəkən məsələ hədis və sira şəklində toplanan məlumatların 150–200 illik şifahi mədəniyyət dövründən sonra yazılmağa başlaması və hekayənin bundan sonra da təkamül və irəliləməsidir.News of Muḥammad and his contemporaries circulated by word of mouth from the start, vectors for the transit of information not only to subsequent generations of Muslims, but also to non-Muslims https://library.oapen.org/bitstream/id/f65c8b61-d32b-4877-b478-981b6c993321/1005455.pdf Benzer bir ifade (akışkanlık) "Lawrence Conrad" tarafından kullanılır. Çünkü O'nun incelemelerine göre H. ikinci yüzyıla kadar Peygamber'in doğum tarihiyle ilgili İslami bilimsel görüş, 85 yıllık bir çeşitlilik sergilemişti. "İster sözlü ister yazılı olarak nakledilmiş olsun, herhangi bir tarihsel anlatı geleneğinin istikrarı için kronolojinin çok önemli olduğu varsayımına göre, bu durum ikinci yüzyılda siyer çalışmalarının hala bir akışkanlık halinde olduğunun açık bir göstergesi olarak görülebilir. Bu rəvayətlərin bəziləri qeyri-islami mənbələr tərəfindən dəstəklənmir və bəzilərinin öz daxilində ziddiyyətləri vardır. Şayiələrə əsaslanan qeydlərdə hadisə günlərində danışılan əhvalatlar böyük ölçüdə doğru qalsa da, zaman keçdikcə dəyişir və bir neçə nəsildən sonra tarixi reallıqdan tamamilə uzaqlaşır.

Quran thumb|Kufi xətti ilə yazılmış Quran (Abbasilər dövrü, 8-ci 9-cu əsrlər) Quran islamın ən ali dini mətnidir. Müsəlmanlar onun baş mələk Cəbrayıl tərəfindən Məhəmməd peyğəmbərə çatdırılan Allahın sözləri olduğuna inanırlar.Living Religions: An Encyclopaedia of the World's Faiths, Mary Pat Fisher, 1997, p. 338, I. B. Tauris Publishers. Lakin Quranda Məhəmməd peyğəmbərin həyatı haqqında məlumat azlıq təşkil edir.

Erkən bioqrafiyalar

Məhəmməd peyğəmbərin həyatı ilə əlaqədar əhəmiyyətli məlumatlar müsəlman erasının 2-ci və 3-cü əsr müəlliflərinin tarixi əsərlərində tapıla bilər (b.e-nın 8-ci 9-cu əsrləri).Watt (1953), p. xi Bunlar Məhəmməd peyğəmbərin həyatı haqqında əlavə məlumatlar ehtiva edən ənənəvi müsəlman bioqrafiyalarıdır.Reeves (2003), pp. 6–7 Ən erkən siyər (Məhəmməd peyğəmbərin bioqrafiyası və sözləri) İbn İshaq tərəfindən təqribi olaraq 767-ci ildə yazılmış "Tanrının elçisinin həyatı" adlı əsərdir. Lakin əsər sonradan itirilmişdir. Əsər itirilməməmişdən öncə İbn Hişam tərəfindən böyük ölçüdə, əl-Təbəri tərəfindin isə kiçik ölçüdə istifadə edilmişdir.S. A. Nigosian (2004), p. 6Donner (1998), p. 132 İbn Hişam əsərdən böyük ölçüdə istifadə etsə də, əsərin giriş hissəsindən bəzi bölümləri çıxartdığını da qeyd etmişdir. Məhəmməd peyğəmbərin həyatı haqqında digər erkən tarixi mənbələrə əl-Vaqidi tərəfindən yazılmış "Məhəmmədin səfərbərliklərinin tarixi" əsəri və əl-Vəqidinin katibi İbn Səd əl-Bağdadinin əsərləri də daxildir.

Bu mənbələrin doğruluğu qeyri-müəyyən olsa da, bir çox tədqiqatçı onları həqiqi hesab edir.

Hədis

İslamda digər mühüm mənbələr isə hədislərdir. Hədislərin tərtibi Məhəmmədin ölümündən sonra da Məhəmməd əl-Buxari, Müslüm ibn Həccac, ət-Tirmizi, ən-Nəsai, Əbu Davud, İbn Macə, Malik İbn Ənəs və əd-Darəqtuni kimi hədis alimləri tərəfindən davam etdirilmişdir.Lewis (1993), pp. 33–34

Bəzi qərb tədqiqatçıları hədis kolleksiyalarını dəqiq tarixi mənbə kimi görürlər. Adətən islam alimləri bioqrafik ədəbiyyat əvəzinə hədis ədəbiyyatına daha çox diqqət ayırırlar. Ona görə ki, hədislər təsdiqlənə bilən zəncirvari silsilədən ibarətdirlər. Bioqrafik ədəbiyyatda isə belə bir silsilənin olmaması onların nəzərinə görə, daha az təsdiqlənə biləndir.

Revizionist İslam Araşdırmaları Məktəbi

Revizionist İslam Araşdırmaları Məktəbi Con Uansbro və onun tələbələri Endryu Rippin, Norman Kalder, GR Hawting, Patricia Crone və Michael Cook, eləcə də Günter Lüling, Yehuda D. Nevo və Christoph Luxenberg kimi alimlərdən ibarətdir.Reynolds, "Quranic studies and its controversies", 2008: s. 8 Tərəfdarları "İslamın yüksəlişi haqqında "ənənəvi" tarixçilər ilə ziddiyyət təşkil edir.Hoyland, In God's Path, 2015: s. 232 İslamın meydana gəlməsi ilə bağlı fikirləri : İslam ekspansiyası yəqin ki, İslami, dini deyil, dünyəvi yönümlü ərəb ekspansiyası idi.Robert G. Hoyland: In God's Path. The Arab Conquests and the Creation of an Islamic Empire [tr: Allah'ın Yolunda. Arap Fetihleri ve İslam İmparatorluğunun Yaratılışı] (2015) Yeri; Qurandakı coğrafi təsvirlər və sonrakı rəvayətlər Məkkəyə uyğun gəlmirdi. Onlar əsasən Ərəbistanın şimal-qərbindəki bir yerə işarə edirlər, məsələn. İordaniyada Petra.Patricia Crone / Michael Cook: Hagarism [tr: Hacerilik] (1977) ss. 22–24; Patricia Crone: Meccan Trade and the Rise of Islam [tr: Mekke Ticareti ve İslam'ın Yükselişi] (1987); ve özel araştırmacı Dan Gibson: Quranic Geography [tr: Kuran Coğrafyası] (2011) Lakin, Əməvi Xilafətinin yüksəlişindən sonra (661–750-ci illər) hekayənin mənşəyi Ərəbistan yarımadasına köçürüldü. İslam səhrada, müşrik bütpərəstlər arasında deyil, yəhudi və xristian mətnlərinin yaxşı bilindiyi bir mühitdə yarandı. "Kafirlər" bütpərəst müşriklər deyil, polemik olaraq tövhiddən uzaqlaşmış hesab edilən tövhidçilər idi.G. R. Hawting: The Idea of Idolatry and the Rise of Islam: From Polemic to History (1999); Fred Donner: Muhammad and the Believers. At the Origins of Islam (2010) s. 59 İslamın ilk dövrlərində müsəlmanlarla yəhudilər arasında əlaqə çox sıx idi. Yəhudilər də "mömin" adlanırdılar və ümmətin bir hissəsi idilər. "Beni Qureyza"nın qətliam hekayəsi kimi anti-yəhudi mətnlər Məhəmməddən çox sonra, İslam yəhudilikdən qopduğunda ortaya çıxdı.Fred Donner: Muhammad and the Believers. At the Origins of Islam [tr: Muhammed ve Müminler. İslam'ın Kökenlerinde] (2010) s. 68 ve devamı; bkz. ayrıca Hans Jansen: Muhammed (2005/7) ss. 311–317 (2008 Almanca baskısı)

İslamaqədərki Ərəbistan

thumb|Məhəmmədin dövründəki başlıca qəbilələr və onların yaşayış yerləri Ərəbistan yarımadası vulkanik torpaqlarla örtülü olduğu üçün böyük ölçüdə əraziləri quraq idi. Vahələr və ya su mənbələrindən uzaq olan ərazilərdə kənd təsərrüfatının vəziyyəti çətin idi. Məkkə və Mədinə şəhərləri yarımadanın önəmli mərkəzlərindən idilər. Mədinə böyük dərəcədə inkişaf edən aqronomik məskunlaşma məntəqəsi, Məkkə isə bir çox ətraf qəbilələr üçün mühüm maliyyə mərkəzi idi.Watt (1953), pp. 1–2 İttifaqa və ya qohumluğa əsaslanan qəbilə üzvlüyü mühüm sosial bağlılıq mənbəyi daşıyırdı.Watt (1953), pp. 16–18 Yerli ərəblər köçəri və ya oturaq idilər. Köçəri qruplar su və sürüləri üçün otlaq axtararaq davamlı səyahət edir, oturaq qruplar isə məskunlaşıb ticarət və təsərrüfatla məşğul olurdular. Köçərilərin həyatda qalması həmçinin karvanlara və vahələrə edilən basqınlara da əsaslanırdı. Onlar bunu cinayət hesab etmirdilər.Loyal Rue, Religion Is Not about God: How Spiritual Traditions Nurture Our Biological,2005, p. 224John Esposito, Islam, Expanded edition, Oxford University Press, pp. 4–5

İslamaqədərki Ərəbistanda Tanrı və Tanrıçalar fərdi qəbilələrin qoruyucusu hesab edilirdilər, onların ruhları müqəddəs ağaclar, daşlar, bulaqlar və quyularla əlaqələndirilirdi. Məkkədəki Kəbə illik ziyarət yeri olmasından əlavə burada qəbilə qoruyucusu olan Tanrıların (hər qəbilənin öz qoruyucu Tanrısı vardı) 360 ədəd bütü yerləşirdi. Üç Tanrıça Tanrının qızları hesab edilirdi: Əl-Lat, Mənat və əl-Uzza. Ərəbistanda xristianlar və yəhudilər də daxil olmaqla monoteist icma da var idi.See: Esposito, Islam, Extended Edition, Oxford University Press, pp. 5–7 Quran 3:95 Hənif adlanan ərəblər, qatı monoteistik inanca sahib idilər. Müsəlman ənənəsinə görə, Məhəmmədin özü Hənif olub, İbrahimin oğlu İsmayılın nəslindəndir.See: Louis Jacobs (1995), p. 272 Turner (2005), p. 16

VI əsrin ikinci yarısı Ərəbistanda siyasi iğtişaşlar dövrü sayılır. Yarımadadakı dini parçalanmalar iğtişaşların mühüm səbəblərindən biri idi. Yəməndə yəhudilik, İran körfəzində isə xristianlıq dominant din sayılırdı. Bu dövrdə bölgədəki çoxtanrılı dinlərin tərəfdarlarının sayı azalmağa və daha ruhani dinlərə maraq artmağa başlamışdı. Çoxları ruhani dinlərə istəksiz bir şəkildə müraciət etsə də, bu inanclar onların intellektual və mənəvi istinad nöqtələrini təmin edirdi.