Mario del Monako (; ) — italyan opera müğənnisi — tenor. Bir çox musiqişünaslar tərəfindən XX əsrin sonuncu və ən mahir dramatik tenorlarından () biri hesab edilir. Cüzeppe di Stefano ilə yanaşı 1950–60-cı illərin ən məşhur italyan tenoru olmuşdur.
Həyatı Oxumağa Pezara konservatoriyasında Arturo Melokkinin yanında başlamışdır. Müxtəlif məlumatlara görə 1939–1941-ci illər arasında səhnəyə çıxmağa başlamışdır. 1943-cü ildən Milanda "La Skala" teatrında çıxış etməyə başlamış, 1946-cı ildən Londonun "Kovent Qarden" teatrında, 1957–1959-cu illərdə isə Nyu-Yorkdakı məşhur "Metropoliten-opera"da çıxış etmişdir. 1959-cu ildə SSRİ-yə qastrola gəlmiş və Böyük Teatrda Jorj Bizenin "Karmen" operasında Xose və Rucero Leonkovallonun "Məzhəkəçilər" ("Paliaççi") operasında Kanio partiyalarını ifa etmişdir. Ona ən böyük uğur qazandıran opera partiyası kimi Cüzeppe Verdinin "Otello" operasındakı Otello obrazını qeyd etmək olar. Del Monako bu partiyanı dünyanın müxtəlif ölkələrində 400 dəfədən artıq ifa etmişdir.
1975-ci ildə 20 gün ərzində Neapol və Palermoda 11 konsert verərək karyerasını başa vurmuşdur.
1964-cü ildə avtomobil qəzası keçirmiş və həmin qəzada həyat yoldaşı vəfat etmişdir. Ömrünün son illərini böyrək çatışmazlığından əziyyət çəkən Mario del Monako həmin dövrdə Trevizo yaxınlığında yerləşən Lanseniqodakı villasında yaşamış və 1982-ci il oktyabrın 16-da Mestre şəhərində bu xəstəlikdən vəfat etmişdir.
Mükafatlar 1955 — Opera sənətindəki böyük xidmətlərinə görə "Qızıl arena" mükafatı 1957 — "Qızıl Orfey" mükafatı 1959 — "Qızıl yollar" mükafatı 1959 — SSRİ-dəki qastrollarına görə Lenin ordeni
Xarici keçidlər
Mario del Monakonun rəsmi fan səhifəsi
Kateqoriya:Opera ifaçıları Kateqoriya:İtaliya müğənniləri Kateqoriya:Böyrək çatışmazlığından vəfat edənlər Kateqoriya:İtaliya klassik musiqiçiləri Kateqoriya:XX əsr opera müğənniləri Kateqoriya:Tenorlar