Adıgeylər, adıgelər və ya Qərbi çərkəzlər — Adıq xalqının subetnik qrupu, əsasən Rusiyada yaşayırlar.

Etnogenez Etnogenezində gəlmə skiflər, sarmatlar, alanlar və başqa tayfalar iştirak etsə də, adıgelərin əcdadları başqa adıq xalqlarının əcdadları kimi şimal-qərbi Qafqazın avtoxton əhalisidir.

İqtisadiyyat Əkinçilik, heyvandarlıq və bağçılıqla məşğul olurlar. Qismən sənaye müəssisələrində işləyirlər.

Din Dindarları müsəlmandır.

İstinadlar

Kateqoriya:Asiyada yaşayan etnik qruplar Kateqoriya:Yaxın Şərqdə yaşayan etnik qruplar