Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi ""Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli 118 nömrəli Qərarı.

Tarixi Məktəb 1920-ci ildə rəssam Əzim Əzimzadənin təşəbbüsü ilə yaradılmışdır. Təhsil müəssisəsi əvvəlcə Ali Bədii Emalatxana, sonralar Azərbaycan Ali Rəssamlıq Məktəbi adlanmış, 1929-cu ildən Rəssamlıq Pedaqoji Texnikumu, 1937-ci ildən Dövlət Rəssamlıq Məktəbi adı ilə fəaliyyət göstərmişdir. 1943-cü ildə isə məktəbə Əzim Əzimzadənin adı verilmişdir. 13 iyun 2000-ci ildə Azərbaycan Rəssamlıq Akademiyası yaradılan zaman məktəb İncəsənət Kolleci adı ilə həmin akademiyanın tabeliyinə verilmişdir.13 iyun 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində yaradılmışdır "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı. .

İxtisaslar thumb|Sərgi Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: 2011-ci ildə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planının təsdiqi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2011-ci il tarixli, 176s nömrəli Sərəncamı. Dekorativ-tətbiqi incəsənət (sahələr üzrə) — bədii keramika, xalça və toxuculuq; Rəngkarlıq; Qrafika üzrə texnik; Heykəltəraşlıq; Teatr dekor sənəti; Dizayn (sahələr üzrə) — qrafik, geyim, interyer dizayn;

İstinadlar

Xarici keçidlər Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci bilgi.az saytında

Kateqoriya:Azərbaycan orta-ixtisas təhsili müəssisələri Kateqoriya:13 iyunda yarananlar Kateqoriya:2000-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Rəssamlıq üzrə təhsil müəssisələri Kateqoriya:Azərbaycan kollecləri