Qabağıalınmazlar 2 () — 2012-ci ildə istehsal olunmuş ABŞ filmi. Filmin rejissoru Saymon Vestdir. Filmin mövzusu "Qabağıalınmazlar" qrupu ətrafında keçir. Mövzuya görə qrupun heyət üzvlərindən biri öldürüldükdən sonra "Qabağıalınmazlar" qrupu qisas almaq üçün hücuma keçir. Filmin baş rollarını məşhur aktyorlar Silvestr Stallone, Dolf Lundqren, Ceyson Stethem və digərləri canlandırır. Filmin birinci hissəsindəki aktyorların əksəriyyəti filmə yenidən dəvət olunmuşdur. Filmin çəkilişi 3 aydan çox davam etmişdir. Çəkiliş yer üçün Bolqarıstan ərazisi seçilmişdir. Bu ərazi ilə birgə çəkilişlər ABŞ-nin Nyu-Orlean və Honq Konq ərazilərində aparılmışdır. "Qabağıalınmazlar 2" filminin büdcəsi ilk hissəsindən nisbətən çoxdur.

Məzmun Cənab Çörç üçün olduqca sadə bir işi götürdükdən sonra "Qabağıalınmazlar" qrupunun planları səhv gedir və dəstə üzvlərindən biri rəqib əsgər olan Jan Vilen tərəfindən öldürülür. "Qabağıalınmazlar" qrupunun yeni üzvləri Billi Timson və Meqqi Çen ölümcül bir silahı dayandırmaq, qardaşlarını öldürən Jan Vilendən intiqam almaq üçün düşmən bölgəsinə doğru yollanırlar...

Rollarda Ad Rol Silvestr Stallone Barni "Şizo" Ross Dolf Lundqren Qunnar Jensen Ceyson Stethem Li Xristmas Cet Li İn Yan Brüs Uillis Cənab Çörç Çak Norris Uoker Arnold Şvartsenegger Trenç Jan-Klod Van Damm Jan Vilen (dəstə başçısı) Xarizma Karpenter Leysi Yun Pan Meqqi Çen Liam Hemsvord Billi Timson Karizma Karpente Leysi Amanda Ooms Pilar Nikolett Noel Sofiya Skot Edkins Hektor Terri Krüs Heyl Sezar

Saundtrek thumb|right|"Qabağıalınmazlar 2" filminin heyətləri Filmin saundtrekərini ilk hissəsinə məxsus saundtreklərə bəstəkarlıq edən Brayan Tayler yazmışdır. Silvestr Stallone onu şəxsən özü dəvət etmişdir. Brayan Tayler bu filmlərdən öncə Silvestr Stallonenin "Rembo 4" filminə də bəstəkarlıq etmişdir. Brayan "Qabağıalınmazlar" seriyasının ilk hissəsi üçün 20, davamı üçün 14 kompozisiya yazmışdır. "Qabağıalınmazlar 2" filminin ilk saundtrek albomu 14 avqust 2012-ci ildə çıxmışdır..

İstinadlar

Xarici keçidlər Rəsmi sayt "Qabağıalınmazlar 2" Internet Movie Database saytında "Qabağıalınmazlar 2" Rotten Tomatoes saytında "Qabağıalınmazlar 2" Metacritic saytında

Kateqoriya:2012-ci ilin filmləri Kateqoriya:ABŞ filmləri Kateqoriya:ABŞ-nin döyüş triller filmləri Kateqoriya:İntiqam haqqında ABŞ filmləri Kateqoriya:2012-ci ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin sikvel filmləri Kateqoriya:ABŞ-nin döyüş müharibə filmləri Kateqoriya:İngiliscə döyüş-triller filmləri Kateqoriya:Lionsgate filmləri Kateqoriya:Terrorizm haqqında filmlər Kateqoriya:Paris haqqında filmlər Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:Bəstəkar Brayn Taylerin filmləri Kateqoriya:2012-ci ilin döyüş filmləri