thumb|thumbtime=44|upright=1.5|Yaşayan ölülərin gecəsi Yaşayan ölülərin gecəsi () — Corc Romero tərəfindən yaradılan, 1968-ci ildə ABŞ istehsalı olan kult filmlərindən biridir. Filmdə baş qəhrəmanlar-Ben (Dueyn Cons) və Barbara (Cudit O'Di) ilə birlikdə yeddi adamın sirli bir şəkildə həyata dönən zombilərdən xilas olmaq üçün Pensilvaniyanın çöl seqmentindəki bir ferma evinə sığınmaları və burada həyatda qalmaq üçün mübarizə aparmalarından danışılır.Frightful facts su House of Horrors
Romeronun 114 min dollarlıq büdcə ilə tamamladığı film sonrakı illər boyunca bir neçə dəfə televiziyada göstərildikdən sonra ABŞ-də 12 milyon dollar, digər ölkələrdə isə 30 milyon dollar hasilat əldə etmişdi. 2008-ci ildə isə filmin hasilatı $689 716 923 milyona çatmışdır. Bu film 1968-ci ildə ilk dəfə nümayiş etdirilən zaman şiddət səhnələrinin açıqlığı səbəbiylə film kəskin şəkildə tənqid olunmuşdu. Lakin "Yaşayan ölülərin gecəsi" filmi 1999-cu ildə Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq mühüm film" kateqoriyasına aid edilərək, ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir."U.S. film registry adds 25 new titles", 16 Kasım 1999, CNN ; erişim: 24 Haziran 2006 Film ilk dəfə 2005-ci ildə artıq ağ-qara filmi kimi yox, rəngli film kimi nümayiş olunmuşdur. Filmin gəliri 2009-cu ildə isə $256,147,434 milyon dollara çatmışdır.
Vyetnam müharibəsi dövründə nümayişə girən "Yaşayan ölülərin gecəsi" filmi 1960-cı illərin sonunda ABŞ cəmiyyətinə yönəltdiyi bilavasitə tənqidlər səbəbiylə cığır açan bir film olaraq qiymətləndirildi. Bir tarixçiyə görə film "xeyli çox istiqamətdən dağıdıcı idi". İlk zombi filmi olmasa da, "Yaşayan ölülərin gecəsi" filmi zombi fəlakətinin ilk nümunələrindən biri idi. Romeronun rejissorluq etdiyi bu film "Yaşayan ölülər" ardıcıllığının ilk seriyası idi. Filmin ilk təkrar çəkilişini Tom Tezis 1990-cu ildə eyni adla reallaşdırdı. İkinci təkrar çəkiliş isə 2006-cı ildə "Yaşayan ölülərin gecəsi 3D" filmi adı altında baş tutmuşdur.Adam Rockoff, Going to Pieces: The Rise and Fall of the Slasher Film, 1978–1986 (Jefferson, N.C.: McFarland, 2002), sayfa 35, ISBN 0-7864-1227-5. Filmin bir çox remeyki mövcuddur.
Məzmun
thumb|left|Zombilər Barbara (Cudit O'Di) və qardaşı Conni (Rassell Ştayner) atalarının məzarına çiçəkli xaç qoymaq üçün Pensilvaniya çölündəki bir qəbiristanlığa gəlirlər. Burada Conni qəbiristanlıqlardan qorxan kiçik bacısına "Səni götürməyə gəlirlər Barbara!" deyərək onunla zarafat edir. Birdən solğun üzlü bir adam (S. Uilyam Hinzman) Barbaranı tutur. Onu qurtarmaq üçün adamla mübarizə edən Conni yerə yıxılır və başı bir məzar daşına çırpılaraq ölür. Conninin avtomobilinə sığınan Barbara açarı olmadığı üçün avtomobili işlədə bilmir və aşağıya hərəkət etdirdiyi avtomobillə bir ağaca çırpılır. Barbara avtomobili tərk edib yaxındakı ferma evinə qaçır. Bu sırada Barbara qəbiristanlıqda ona hücum edən insanın simasına bənzər başqa bədheybətlərin də ətrafda olduğunu hiss edir. Barbara fermadakı evə girən zaman yuxarı mərtəbədə qorxunc şəkildə parçalanmış bir cəsədə rast gəlir.
Evdən qaçmağa çalışan Barbara "Pikap" avtomobili ilə evə gəlmiş Benlə (Dueyn Cons) qarşılaşır. Ben ətrafdakı təcavüzkarlara hücum edir. Onlardan birini öldürdükdən sonra atəş açaraq digərlərini məhv etməyi bacarır. Zombilər təkrar evə girdikləri zaman Barbara katatonik şəkildə oturarkən, Ben qapı və pəncərələrə taxta vurur. Bir kürsünü çölə çıxarıb atəşə verərək zombiləri uzaq tutmağa çalışır. Ben evdə radio ilə tüfəng tapır. Bu sırada gənc Harri (Karl Hardman) və Helen Kuper (Merilin İstman), qızları Karen (Kira Şon) və gənc cütlük Tomla (Kit Veyn) Cudinin (Cudit Ridli) saxlanmaqda olduğundan xəbərsizdir. Zombilərdən biri daha əvvəl Kareni dişləmişdir və kiçik qız bu səbəblə xəstələnmişdir. Bu qrupun Ben və Barbara ilə qarşılaşmasının ardından Harri hamı ilə birlikdə geri dönüb qapının önündəki zirzəmidə qərargah qurmağı təklif edir. Ben isə bu vəziyyətdə özlərini tələyə salmış olacaqlarını söyləyir. Son nəticədə isə onlar evin içində qalmağı seçirlər.
Radiodakı xəbərlərdə ölkənin şərq sahili boyunca bir toplu qırğın dalğasının yayılmaqda olduğu bildirilir. Benin daha sonra otaqda tapdığı televiziyada isə təcili vəziyyət nəşri edilməkdə və varlıqların qurbanlarını yedikləri izah edilməkdədir. Daha sonrakı bir nəşrdə cinayətlərin yaxın zamanda ölərək həyata geri dönən bədheybətlər tərəfindən işləndiyi deyilir. Mütəxəssislər, elm adamları və ordu səlahiyyətliləri bu ölülərin həyata geri dönmə səbəbini açıqlaya bilmir, ancaq bir elm adamı bu vəziyyətin, Dünyanın atmosferində partlayan bir Venera kosmik aparatının yaydığı radiasiyadan qaynaqlandığı fikrini ortaya qoyur. Son xəbərlərdə isə varlıqların başından vurulması ilə dayandırıla bildiyi və şeriflərə bağlı silahlı birliklərin nizamını təmin etmək üçün çöl sahədə patrul keşiyi çəkdikləri açıqlanır.
Ben içəridəki bütün kişilərin vəzifəyə götürəcəyi bir plan ilə avtomobilinə çatıb evdən qaçmaq planını hazırlayır. Avtomobilin yanacağı bitmiş olduğundan Benlə Tom çöldəki bir yanacaqdoldurma məntəqəsinə gedir. Tom üçün narahatlıqlanan Cudi də onların arxasınca gedir. Yanacaqdoldurma məntəqəsinə çatdıqlarında Ben zombiləri uzaqda tutmaq üçün avtomobilin yanına bir məşəl buraxır, ancaq Tom məşəlin üzərinə səhvən benzin töküncə, avtomobil yanmağa başlayır. Tom ziyanın böyüməsini önləmək üçün avtomobili nasoslardan uzaq bir yerə sürür, ancaq avtomobilini tərk edən zaman Cudi nəyəsə ilişir. Tom onu çıxarmaq üçün geri dönəndə avtomobil partlayır və hər ikisi ölür. Ben qaçaraq evə dönəndə Harrigilin qapısının kilidləmiş olduğunu görür. Qapını qıraraq içəri girir və Harriyə hücum edir.
Çöldə bəzi yaşayan ölülər avtomobilə dırmaşıb Tom və Cudinin kömürləşmiş cəsədlərini yeməyə başlayırlar. Digərləri isə qapıları və pəncərələri qıraraq evə girməyə çalışır. Ben zombiləri çöldə saxlamağı bacarır, ancaq bu zaman tüfəngi yerə düşür. Harri silahı qapıb Benə istiqamətləndirir, ancaq bu zaman Ben silahı cəld geri götürür və Harrini vurur. Aşağı diyirlənən Harri ölür. Qısa müddət sonra Helen, qızı Karenin yaşayan ölü halına gəldiyini və atasının cəsədini yeməyə başladığını görür. Karen sement malasını anasına dəfələrlə batıraraq onu öldürdükdən sonra təkrar yuxarı çıxır. Bu sırada yaşayan ölülər evə girməyi bacarır və Barbara qardaşı Conninin də onların arasında olduğunu görür. Barbaranı hədəfləri altında saxlayan zombilər qadını götürüb aparır. Barbara zombilərin əllərindəcə ölür. Ben Harrinin ən başda təklif etdiyi şeyi edərək zirzəmiyə gedir və qapını bağlayır. Ben burada canlanmış olan Harri və Heleni görərək onların başlarına atəş açır. Onlar məhv olduqdan sonra Ben zombilərin getməsi ümidi ilə səhərə qədər gözləyir.
Səhər sağ qalan bir neçə zombini vuraraq irəliləyən bir patrul qrupu evə yaxınlaşır. Çöldəki atəş səsini və itin səsini eşidən Ben zirzəmidən çıxıb otağa geri dönür və ətrafın etibarlı olub-olmadığını anlamaq üçün şüşədən çölə baxır. Silahlı adamlardan biri pəncərədən kiminsə baxdığını görür. Həmin adam zombi saydığı Beni Şerifin göstərişi ilə başından vuraraq öldürür. Şerif (Corc Kosana) köməkçisinə vurduğu atəşə görə təşəkkür edir. Filmin son titrləri başlayarkən Benin cəsədi evin xaricinə daşınır və digər zombilərin cəsədlərilə birlikdə yandırılır.
Rollarda
Maraqlı faktlar Filmin orijinal ideyası yadplanetlilərdən bəhs edən komediya olmuşdur. Corc Romero filmin rejissoru, ssenaristi və montajçısıdır. Bununla bərabər filmdə Romero aktyorlardan biri kimi epizodik rolda çıxış edir. Filmdə göstərilən Kuper ailəsinin rollarında çıxış edən ifaçılar həqiqətən də doğma ailədir. Sadəcə olaraq, Kira Şon Merilin İstmanın ögey qızıdır. Filmdən sonra Cudit Ridli filmdə göstərilən Cudit O'Dinin qardaşı Rassell Ştraynerin həyat yoldaşı olmuşdur. Film açıq səma altında göstərildikdən sonra əsl hit filmə çevrilmişdir. Filmdə Zombi rolunda çıxış edən ifaçıların hər birinə 1 dollar pul və üzərində "Mən "Yaşayan ölülərin gecəsi" filmində zombi olmuşdum" yazılan futbol köynəyi verilmişdi. "Zombi" sözü filmdə bir dəfə də işlədilməyib.
Hazırlanma Ərəfə thumb|left|Evans Siti (2007) Romero kino karyerasına Pittsburqdakı Karneq Mellon Universitetində oxuyarkən başladı. 1960-cı illərdə yoldaşları Con Russo və Rassell Ştrayner ilə birlikdə qurduğu "The Latent Image" firması üçün bəzi televiziya reklamlarının və ismarlama filmlərin istehsalını, rəhbərliyini boynuna götürdü. Bir müddət sonra reklam çəkməkdən möhkəmlən bu üçlük bir qorxu filmi çəkməyə qərar verdi. Romeroya görə məqsədləri, film sənayesinin "qarabet aclığından" nemətlənməkdi. Romero və Ştrayner Pittsburqdakı təşkilatı sənaye film istehsal şirkəti "Hardman Association"nun başçısı və başçı köməkçisi olan Karl Hardman və Merilin İstman ilə əlaqəyə keçərək hələ adı müəyyən olmayan qorxu filmi proyektlərini izah etdi. Romeronun digərlərini razı salması nəticəsində; Romero, Russo, Ştrayner, Hardman və İstmanın da ortaqlığıyla "Image Ten" adlı istehsal şirkəti quruldu. Bu şirkətin on ortağının hər biri tərəfindən iştirak məqsədiylə ödənmiş 600 dollardan ibarət olan 6.000 dollarlıq quruluş sərmayəsi vardı. Film üçün 6.000 dollara daha ehtiyac olduğu aydın olunca, on yeni ortaq daha /tapıldı, ancaq bu məbləğ də film üçün kifayət etmədi. "Image Ten" şirkəti sonunda film üçün, təxminən 114.000 dollarlıq büdcə toplamanı bacardı.Karl Hardman ve Marilyn Eastman röportajı, Homepage of the Dead sayfasında alıntı; erişim: 24 Haziran 2006.Adam Rockoff, Going to Pieces: The Rise and Fall of the Slasher Film, 1978–1986 (Jefferson, N.C.: McFarland, 2002), p.35, ISBN 0-7864-1227-5.Noaptea morților vii DVD Millennium Edition , Elite Entertainment, 2002)."Zombie Movies" in The Encyclopedia of Fantasy, ed. John Clute and John Grant (New York: St. Martin's Press, 1999), p.1048, ISBN 0-312-19869-8
"Bədheybət çırtması" başlığı altında Con Russo və Corc A. Romero tərəfindən qorxulu komediya növündə yazılan ilk ssenari qaralamasında, yetkinlik çağındakı bir qrup yadplanetlinin Dünyanı ziyarət etmələri və öz yaşlarındakı insanlarla yoldaşlıq qurmaları izah edilirdi. Başqa bir versiyada isə evindən qaçan gənc bir adam, yadplanetlilər tərəfindən yemək olaraq istifadə edilmək üzrə bir özgə yerdə toplanmış, çürüməkdə olan insan cəsədləriylə qarşılaşırdı.Richard Matheson, I Am Legend (1954; New York: Orb Books, 1995), ISBN 0-312-86504-X .Marco Lanzagorta, Night of the Living Dead ile ilgili değerlendirme, Millennium Edition DVD, Pop Matters ; erişim: 24 Haziran 2006. Böyük hissəsini Romero tərəfindən 1967-ci ildə üç gün içində yazılan son qaralamada isə Romeronun "Ghouls (qulyabanilər)" olaraq təyin etdiyi yenidən canlanmış insan cəsədləri, yaşayan insanlardan qida kimi istifadə edirdi.George A. Romero röportajı, Forbidden Weekend , 2 Şubat 1997, erişim: 24 Haziran 2006. 1997-ci ildə BBC kanalının "Forbidden Weekend" proqramına verdiyi bir danışıqda Romero, ssenarinin sonunda üç hissəlik bir əhvalat halına gəldiyini söylədi. İlk hissədə "Yaşayan ölülərin gecəsi" filminə yer verilərkən, davam filmləri olan "Ölülərin sübhü" (1978) və "Ölülərin günü" (1985) filmləri üçün digər iki hissə istifadə edildi.George A. Romero, John Russo'nun The Complete Night of the Living Dead Filmbook kitabına önsöz (Pittsburgh: Imagine, Inc., 1985), sayfa 6–7, ISBN 0-911137-03-3 .
Romeronun ilham qaynağı Riçard Matesonun gələcəkdəki Los Anceles şəhərində reallaşan bir epidemiya xəstəliyi izah edən 1954-cü il tarixli "Mən Əfsanəyəm!" adlı qorxulu romanı idi. Bu romanda epidemiyaya tutulanlar vampir olaraq həyata dönür və xəstəliyə tutulmayan kəsləri ovlamağa başlayırdı. "Yaşayan ölülərin gecəsi" filminin necə ortaya çıxdığını izah edərkən "Richard Matesonun "Mən Əfsanəyəm!" adlı bir romanından qeyd etdiyim məqalədən qısa bir əhvalat yazmışdım." deyən Romero, bu vəziyyəti belə açıqlamışdı: