Hüseyn Yusif oğlu Yusubov - Gürcüstan Respublikasının energetika nazirinin müavini.

Həyatı Hüseyn Yusubov 1964-cü ilin aprel ayında Borçalının Böyük Muğanlı kəndində ziyalı ailəsində anadan olub. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib. İxtisasca alim-zootexnikdir. Bir müddət ixtisası üzrə çalışdıqdan sonra Kürdlər kənd sovetinin sədri, sonra Marneuli rayon bələdiyyəsinin sədri vəzifələrinə seçilib.

Hüseyn Yusubov nazir müavini təyin olunmamışdan əvvəl azərbaycanlıların kompakt yaşadığı Kvemo-Kartli (Borçalı) bölgə qubernatorunun müavini vəzifəsində işləyib.

Hüseyn Yusubov eyni zamanda Gürcüstan Azərbaycanlıları Konqresinin sədri, Gürcüstan Beynəlxalq Əlaqələr və Gürcüstan Biznes və Hüquq universitetlərinin Fəxri Doktorudur.

Ailəlidir. İki oğlu var. Hər ikisi ali məktəb tələbəsidir.

İstinadlar

Kateqoriya:Gürcüstan hökumət üzvləri Kateqoriya:Azərbaycan Dövlət Aqrar Universitetinin məzunları Kateqoriya:Borçalıda doğulanlar