SQL (Structured Query Language; ) – əlaqəli verilənlər bazasının idarə sistemlərini idarə etmək üçün istifadə olunan sorğu dilidir. SQL programlaşdırma dili olmamasına baxmayaraq bir çoxları tərəfindən proqramlaşdırma dili olaraq bilinir.
Tarixi SQL 70-ci illərdə IBM tərəfindən yaradılmışdır. İlk versiyası SEQUEL (Structured English Query Language) adlanırdı (İngilis sintaksisə malik SEQUELden əvvəl riyazi sintaksisə malik SQUARE dili var idi.). SEQUEL adı sonradan SQL adı ilə əvəz olundu, çünki "SEQUEL" Böyük Britaniyada hava şirkətinin əmtəə nişanı idi.
Sorğular Verilənləri cədvəldən almaq üçün SQL-də sorğulardan istifadə olunur. Sorğular SELECT əmri ilə başlanır. Sorğularda hansı tip veriləni almaq istədiyini göstərmək olur. Verilənin hansı cədvəldən alındığını FROM əmri ilə göstərilir. Cədvəldən bütün verilənləri almaq üçün ulduzdan (*) istifadə olunur. Məsələn: SELECT * FROM cedvel Digər idarə edici açar sözlər:
WHERE GROUP BY HAVING ORDER BY JOIN
Həmçinin Bax MySQL Microsoft SQL Server VB Microsoft Access Oracle SQL inyeksiyası
İstinadlar
Xarici keçidlər MS SQL serverin rəsmi vebsaytı Mysql rəsmi vebsaytı
Kateqoriya:İnformatika Kateqoriya:Proqramlaşdırma dilləri Kateqoriya:SQL Kateqoriya:Fayl formatları