"Qanlı illər" və ya "Qanlı sənələr" (tam adı: "Qanlı sənələr. 1323-cü səneyi-hicridə (1905-ci səneyi-miladidə) Qafqazda sərzədeyi-zühur olan erməni-müsəlman davasının tarixi" () — Məmməd Səid Ordubadinin 1905–1906-cı illərdə baş vermiş Azərbaycan–erməni qırğınları barədə sənədli-tarixi əsəri.

Məmməd Səid Ordubadinin "Qanlı sənələr" əsəri 1908-ci ildə tamamlanmışdır. Kitab ilk dəfə 1911-ci ildə nəşr olunmuşdur.Ordubadi M. S. Qanlı illər: 1905–1906-cı illərdə Qafqazda baş verən erməni–müsəlman (azərbaycanlı) davasının tarixi . Əsəri ərəb əlifbasından çevirən, sadələşdirən və çapa hazırlayan: Ə. D. Bağırov. Naxçıvan: "Əcəmi" NPB, 2001, 189 s. Nəşrin həyata keçirilməsi müəllifin "Tazə həyat" qəzeti vasitəsilə etdiyi müraciətdən sonra Bakı milyonçusu və xeyriyyəçisi Murtuza Muxtarovun maddi dəstəyi ilə mümkün olmuşdur. Əsərdə XX əsrin əvvəllərində baş vermiş erməni-müsəlman toqquşmaları müxtəlif bölgələrdən göndərilmiş müxbir məktubları əsasında təqdim edilir. Bu materiallar hadisələrin gedişi və coğrafiyası haqqında məlumat mənbəyi kimi istifadə olunmuşdur.Yusif Talıbov, Fərahim Sadıqov, Sərdar Quliyev. Azərbaycanda məktəb və pedaqoji fikir tarixi. Bakı: Ünsiyyət, 2000. — səh. 492.

İstinadlar

Kateqoriya:1911-ci ilin kitabları Kateqoriya:Məmməd Səid Ordubadinin əsərləri Kateqoriya:Azərbaycan–Ermənistan münasibətləri