İblisin qəsri () — qısametrajlı ilk qorxulu filmlərdən biridir. Səssiz filmdir.

Məzmun

Qədim bəzəkli Qəsrdə uçan Yarasa naməlum səbəbdən iblisin ruhu olan Mefistofelə dönür və sehrli taxtanı götürür. Sehirli taxtadan çoxlu ruh və kabuslar çıxmağa başlayır. Mefistofel onun itaəti altına düşmüş ruhları qorxutmağa başlayır. Ruhlardan biri ona "Xaç işarəsi"ni göstərir. Bu zaman iblis yoxa çıxır.

Maraqlı faktlar Qısametrajlı filmdə komediya intonasiyası mövcuddur. Film qorxu filmi janrında, həmçinin, vampirlər haqqında çəkilən ilk filmdir. Film ilk dəfə 24 dekabr 1896-cı ildə Parisdə yerləşən "Rober Uden" kinoteatrında göstərilmişdir. Film 1988-ci ilə kimi "İtirilmiş filmlər" siyahısına daxil olmuş və surəti Yeni Zelandiyada tapılmışdır.

İstinadlar

Xarici keçidlər

The Devil’s Castle (1896) — Georges Méliès

Kateqoriya:Ağ-qara filmlər Kateqoriya:Səssiz filmlər Kateqoriya:Fransanın qorxu filmləri Kateqoriya:Jorj Melyesin filmləri Kateqoriya:1896-cı ilin filmləri Kateqoriya:Fransanın ağ-qara filmləri Kateqoriya:Cadugərlik haqqında filmlər Kateqoriya:Qəsrlər haqqında filmlər