thumb|right|250px|Ağızdan alov çıxarma şousu.
Ağızdan alov çıxarma — alov üzərində tez alışan maddə tökməklə yaranan şou xarakterli hərəkət. Alov adətən düz istiqamətdə və ya qol boyu çıxarılır. Ağızdan alov çıxarma sənətinin Hindistanda yarandığı ehtimal olunur.
Tryukun icrası texnikanın uzunmüddətli öyrənilməsindən sonra həyata keçirilməlidir. İfa zamanı mütləq təhlükəsiz (asan alışmayan) yanacaqdan istifadə edilməli, həmçinin alışma temperaturu, küləyin istiqaməti (əgər tryuk çöldə ifa olunursa) və digər çoxsaylı parametrlər tənzimlənməlidir. Təhlükəsizlik texnikası üzrə təlim keçmiş, müvafiq yanğınsöndürən balon və odadavamlı örtüyə malik köməkçinin olması od püskürmə ustaları üçün əksər sığorta polislərində (sığorta müqaviləsi) icbari bənddir.
Ginnesin Rekordlar Kitabına mütəmadi olaraq od püskürmənin müxtəlif istiqamətləri üzrə rekordlar daxil edilir: məsələn, eyni vaxtda od püskürmə, alovun bir insandan digərinə "ötürülməsi", alovun hündürlüyü və ya püskürmə müddəti üzrə..
İstinadlar
Xarici keçidlər
How to Blow Fire: 4 Steps – wikiHow
Fire Breathing and Fire Eating FAQ by Juggling Information Service, 1996, retrieved 25 September 2006 Fire Breathing Basics by [HowStuffWorks]
Kateqoriya:Od Kateqoriya:Teatr Kateqoriya:Səhnə incəsənəti Kateqoriya:Sirk bacarıqları