Alnabat (əvvəlki adı: Əliismayıllı) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Alnabat kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 25 oktyabr 2011-ci il tarixli, 223-IVQ saylı Qərarı ilə Gədəbəy rayonunun Əliismayıllı kənd inzibati ərazi dairəsi tərkibindəki Əliismayıllı kəndi Alnabat kəndi adlandırılmış və Əliismayıllı kənd inzibati ərazi dairəsi Alnabat kənd inzibati ərazi dairəsi hesab edilmişdir.

Toponimikası Kəndin əvvəllər də adı Alnabat olmuşdur. 1930-cu ilin qışında həmin kənddə öldürülmüş Əli İsmayılovun (bolşevik Qasım İsmayılovun qardaşı) adı ilə adlandırılmış, memorialtoponim idi. 25 oktyabr 2011-ci ildə kəndin əvvəlki adı bərpa olunmuşdur.

Coğrafiyası və iqlimi Kənd Şahdağ silsiləsinin ətəyində yerləşir.

Əhalisi Kənd əhalisinin bir hissəsi 1948-1950-ci illərdə Göyçə mahalından deportasiya olunanlardandır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1445 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Tanınmış şəxsləri Zahid Oruc — Azərbaycan Respublikası Milli Məclisinin deputatı. Yaqub Məmmədov — tibb elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, millət vəkili. İlyas Tapdıq - Azərbaycan şairi və tərcüməçisi, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı (1972).

İqtisadiyyatı Kənd əhalisinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Gədəbəy rayonunun kəndləri