Stepan Federoviç Yemelyanov () — Azərbaycan KP BK-nın Dzerjinsk rayon komitəsinin birinci katibi, Azərbaycan SSR xalq daxili işlər komissarı.
Həyatı 1902-ci il dekabrın 13-də Tatarıstan Respublikasının Takanış rayonunun Taşliyar kəndində anadan olmuşdur. Milliyyətcə rusdur.
1915-ci ildə kənd məktəbini bitirdikdən sonra təsərrüfat işləri ilə məşğul olan S. Yemelyanov 1919–1923-cü illərdə texniki məktəbdə təhsil almış, 1925-ci ildə "Azneft"in oksigen-karbit zavodunda işə qəbul olunmuşdur. 1928-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Xalq Komissarlığının məhkəmə aparatında çalışdıqdan sonra Bakı Birləşmiş Məhkəməsində xalq hakimi vəzifəsində işləmişdir. 1931–1936-cı illərdə Bakı Sənaye İnstitutunda təhsil almışdır.
1939-cu ilin fevralından 1953-cü il avqust ayınadək Azərbaycan SSR təhlükəsizlik orqanlarına rəhbərlik etmişdir. Daha sonra həbs olunmuş, 1956-cı ildə əmlakı müsadirə olunmaqla və cəzasını islah-əmək düşərgələrində çəkməklə 25 il müddətinə azadlıqdan məhrum edilmişdir. 1970-ci ilin may ayında əfv olunmuşdur.
İstinadlar
Kateqoriya:Azərbaycanın xüsusi xidmət orqanları rəhbərləri Kateqoriya:SSRİ Ali Sovetinin II çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin III çağırış deputatları Kateqoriya:Azərbaycan SSR xalq daxili işlər komissarları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Dzerjinski Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan SSR xalq dövlət təhlükəsizliyi komissarları Kateqoriya:Bəraət almayanlar Kateqoriya:Çeka Kateqoriya:SSRİ Ali Sovetinin I çağırış deputatları Kateqoriya:ÜİK(b)P-nin XVIII qurultayının nümayəndələri Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin II çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin III çağırış deputatları Kateqoriya:SSRİ general-mayorları Kateqoriya:Repressiyaya uğramış XDİK əməkdaşları