Məzmun Film böyük fırça ustası, xalq rəssamı, Azərbaycan təsviri sənətinin inkişafında əhəmiyyətli rol oynamış Səttar Bəhlulzadənin həyat və sənət dünyasından bəhs edir.

Kinolentdə Moskva və Leninqrad sənətşünasları, Azərbaycanın tanınmış rəssamlarından Tahir Salahov, Maral Rəhmanzadə, Səttar Bəhlulzadənin Azərbaycan və bütün ölkə incəsənəti üçün inkişafındakı böyük xidmətlərindən söhbət açırlar.

Filmin heyəti

Film üzərində işləyənlər Rejissor: Davud İmanov Ssenari müəllifi: Azər Abdulla Operator: Rafiq Quliyev Səs operatoru: Şamil Kərimov Bəstəkar: Cavanşir Quliyev

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 352.

Kateqoriya:Səttar Bəhlulzadə haqqında filmlər Kateqoriya:1988-ci ilin Azərbaycan filmləri Kateqoriya:Bioqrafik filmlər Kateqoriya:Qısametrajlı sənədli filmlər Kateqoriya:"Yaddaş" Studiyası