Xanəgah — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.

Tarixi Qarabağ düzündədir. Xanəgah oronimi ziyarətgah, pir və müqəddəs qəbirlərin ətrafında qurulmuş tikililər və ya zəvvarlara məxsus tikili qurumlarına verilən ümumi ad Xanəgahla bağlıdır. Xanəgahlar ümumiyyətlə "dərvişlərin məskəni" mənasında olub, müqəddəs yerlərin üstündə tikilirdi. Culfadakı şeyx Xorasan (Fəzlullah Nəimi), Lerikdəki Xoca Seyid türbələri belə xanəgahlardandır.Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.338. Oykonim fars mənşəli, xanə və gah komponentlərinin birləşməsidir. Xanəgah "ziyarətgah", "pir yeri" mənasındadır.Akademik Budaq Budaqovun Şəxsi Web Portalı -Azərbaycanın Lənkəran regionu Toponimlərinin İzahlı Lüğəti Kitabı

İstinadlar

Kateqoriya:Bərdə rayonunun ləğv olunmuş kəndləri